Abşeron qəzetinin yeni sayı
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
4-05-2018, 10:22 Oxunub: 288

Stadnik yeddinci dəfə Avropa çempionu oldu

Stadnik yeddinci dəfə Avropa çempionu oldu


Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.


Qadın güləşçilərimiz yarış gününü bir qızıl və iki bürünc medalla başa vurub.

Komandamızın lideri Mariya Stadnik (50 kq) finalda Rumıniya idmançısı Emilia Vuçla qarşılaşıb. Əvvəlki üç görüşündə 10:0 hesabı ilə qalib gəlmiş ukraynalı legionerimiz bu dəfə də eyni hesabla rəqibindən üstün olub. Ona bunun üçün cəmi 32 saniyə kifayət edib və Avropa çempionatında növbəti qızıl medalını qazanıb. Buna qədər Stadnik altı dəfə Avropa çempionatının və I Avropa Oyunlarının qalibi olub.

59 kq çəkidə yarışan Tatyana Omelçenko bürünc medal görüşündə Belarus idmançısı Katerina Yanuşkeviçə 12:2 hesabı ilə qalib gələrək çempionatın bürünc medalını qazanıb. 76 kq çəki dərəcəsində mübarizə aparan Səbirə Əliyeva isə bürünc medal görüşündə ukraynalı İrina Pasiçnyuka 6:3 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, sabah Azərbaycanı təmsil edən qadın legionerlərdən 57 kq çəki dərəcəsində Alyona Kolesnik bürünc görüşünə çıxacaq. Elis Manolova (65 kq) isə finlandiyalı Petra Oli ilə final görüşündə qızıl medal üçün güləşəcək. Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

2 may

19:01

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı (AÇ) davam edir.

Üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub.

Komandamızın lideri Mariya Stadnik finala yüksəlib. O, finalda Rumıniya güləşçisi Emilia Vuçla yarışacaq. Digər güləşçilərimizdən Tatyana Omelçenko ilə Səbirə Əliyeva isə bürünc medal uğrunda mübarizə aparacaq. Onların rəqibləri müvafiq olaraq Katerina Yanuşkeviç (Belarus) və İrina Pasiçnyukdur (Ukrayna).

Final görüşləri sabah keçiriləcək.

50 kq

1/8 final

Mariya Stadnik – Jaklin Şelin (Almaniya) 10:0

1/4 final

Mariya Stadnik – Milana Dadaşova (Rusiya) 10:0

1/2 final

Mariya Stadnik – Kseniya Stankeviç (Belarus) 10:0

55 kq

1/4 final

Solmaz Həşimzadə – Bediha Gün (Türkiyə) 0:4

59 kq

1/4 final

Tatyana Omelçenko – Mimi Xristova (Bolqarıstan) 3:8

68 kq

1/8 final

İrina Netreba – Buse Tosun (Türkiyə) 5:8

76 kq

1/4 final

Səbirə Əliyeva – Janet Nemet (Macarıstan) 9:6

1/2 final

Səbirə Əliyeva – Yekaterina Bukina (Rusiya) 0:10
XƏBƏR LENTİ
Bu gün, 10:04 | Nokia yeni smartfon üzərində işləyirBu gün, 10:02 | OnePlus 7 Pro modeli super hamar ekrana sahib olacaqBu gün, 09:59 | Çində 5G şəbəkəsi işə salınıbBu gün, 09:57 | İki iPhone 2019 modelinin maket fotoları ortaya çıxdıBu gün, 09:52 | Microsoft yeni proqram təqdim edibBu gün, 09:51 | Türkiyənin elektriklə işləyən ilk hərbi maşını təqdim olunacaqBu gün, 09:49 | Prezident İlham Əliyev “Huawei” şirkətinin sədri ilə görüşübDünən, 18:47 | Abşeronda 23 aprel Ümumdünya Kitab Günü qeyd edildiDünən, 12:08 | Azərbaycan-Türkiyə birgə təlimlərində istifadə ediləcək silah və hərbi texnikaya baxış keçirilibDünən, 11:03 | Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşübDünən, 09:42 | Prezidenti İlham Əliyev Çinə səfər edib23-04-2019, 20:12 | Qol güləşçilərimiz Abşerona qələbə ilə döndülər-Video23-04-2019, 16:26 | Xırdalanda şəhid Elmar Daşdəmirovun ailəsi ziyarət edilib23-04-2019, 16:05 | Prezident İlham Əliyev: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq23-04-2019, 16:01 | Azərbaycan Prezidenti: Bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim23-04-2019, 15:59 | Prezident İlham Əliyev: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq23-04-2019, 15:56 | Azərbaycan Prezidenti: Bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim23-04-2019, 15:54 | Prezident İlham Əliyev: İndiki şəraitdə vəsaiti daha çox insanların rifah halının yaxşılaşdırılmasına yönəldirik23-04-2019, 15:52 | Azərbaycan Prezidenti: Vətəndaşları narahat edən problemləri bilməli və həll etməliyik23-04-2019, 15:51 | Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib23-04-2019, 12:56 | Abşeronda ödənişsiz Proqramlaşdırma dilləri kursu-Elan23-04-2019, 12:05 | DTV-Abşeronda Cəfər Cabbarlının 120 illiyi qeyd olunub