Bu gün Topaz Premyer Liqasında 26-cı tura yekun vurulacaq.
Çempionluğu rəsmiləşdirən "Qarabağ" "Neftçi"ni qəbul edəcək. “Neftçi” qələbə qazanacağı təqdirdə 3-cü pillədəki “Sumqayıt”la xallarını bərabərləşdirəcək.
Qeyd edək ki, saat 19:00-da başlanacaq görüşü FİFA referisi Əliyar Ağayev idarə edəcək.