Abşeron qəzetinin yeni sayı
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
6-09-2018, 10:29 Oxunub: 290

Azərbaycanın olimpiadaya qazandığı lisenziyaların sayı 17-yə yüksəlib

Azərbaycanın olimpiadaya qazandığı lisenziyaların sayı 17-yə yüksəlib


Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına Azərbaycanın qazandığı lisenziyaların sayı 17-yə yüksəlib. Milli Olimpiya Komitəsindən "Report"a verilən məlumata görə, lisenziyalar 9 idman növü üzrə əldə edilib.

Hələlik olimpiadaya üzgüçü Fatimə Alkərəmova (bütün yarış növləri), stolüstü tenisçi Ninq Jinq və Yu Xinhanq, taekvondoçular Minayə Əkbərova (44 kq) və Cavad Ağayev (63), boksçular Nurlan Səfərov (60 kq) və Nicat Həsənov (69 kq), sərbəst güləşçilər Turan Bayramov (65 kq) və Şəhanə Nəzərova (43 kq), gimnastlar Yelizaveta Luzan və Səməd Məmmədli, cüdoçular Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66), ağırlıqqaldıranlar Tamerxan Babayev (85 kq) və Lalə Rzazadə (58 kq), atletlər Rüstəm Məmmədov və Fəxriyyə Tağızadənin yollanacağı rəsmiləşib.

Mayın 31-də "Report"un sorğusuna cavab olaraq, MOK-dan təqdim edilən siyahı ilə müqayisədə idmançıların sayı artsa da, bəzi dəyişikliklər baş verib. Bədii gimnast Dərya Fərşbafşahriyari Yelizaveta Luzanla əvəzlənib. Üzgüçü Alsu Bayramova isə siyahıdan çıxarılıb.

MOK-dan buna səbəb olaraq, bildirilib ki, Fərşbafşahriyarinin əvəzlənməsi Azərbaycan Gimnastika Federasiyanın qərarıdır. Alsu Bayramovanın siyahıdan çıxarılması isə üzgüçülükdə nailiyyətləri zəif olan ölkələrə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 1 yer verilməsi ilə əlaqədardır.

Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6 - 18 oktyabrda təşkil olunacaq.
XƏBƏR LENTİ
Dünən, 22:32 | Abşeronda “Alovlu Qafqaz” Uşaq və Gənclərin Beynəlxalq Rəqs və Yaradıcılıq Festivalı keçirilib.Dünən, 21:59 | Saray qəsəbəsində iftar süfrəsi təşkil olundu17-05-2019, 17:20 | İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü16-05-2019, 12:49 | Qobunun Xalq Çalğı Alətləri orkestri konsert verib16-05-2019, 10:01 | AQTA Abşeronda heyvandarlıqla məşğul olan sahibkarlarla görüş keçirib15-05-2019, 16:46 | Qobuda yaşayan çoxuşaqlı Məmmədovlar ailəsinə baş çəkilib15-05-2019, 16:17 | Digah bağçasında Savad təlimi üzrə açıq məşğələ keçirildi.15-05-2019, 16:12 | Qobu Polis Bölməsinin inzibati binasının açılışı olub14-05-2019, 20:25 | Bütün fəsillər gözəldir adlı "açıq məşğələ" keçirilib13-05-2019, 20:15 | “Loqos” un Xırdalan filialı açılıb12-05-2019, 11:38 | Xırdalanın və Gürcüstanın musiqi məktəbləri birgə konsert proqramı təqdim ediblər10-05-2019, 23:03 | Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü 17 saylı bağçada da qeyd edildi10-05-2019, 20:04 | Abşeronda Heydər Əliyevin doğum gününə həsr olunmuş silsilə idman yarışları keçirilib.10-05-2019, 19:35 | Abşeronda Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat turniri keçirilib-FOTOLAR10-05-2019, 19:28 | Abşeronda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə bağlı tədbir keçirildi10-05-2019, 19:08 | Əlil Döyüşçüləri Futbol Federasiyasının komandalarının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yarışı9-05-2019, 23:29 | Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar taekvondo üzrə rayon birinciliyi keçirilib9-05-2019, 23:14 | Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş İdmanın Futbol növü üzrə rayon birinciliyinə yekun vurulub9-05-2019, 22:08 | Heydər Əliyevin doğum günü 1 saylı uşaq bağçasında da qeyd edilib9-05-2019, 21:53 | Məmmədli kəndində faşizm üzərində qələbənin 74-cü il dönümü qeyd olunub.9-05-2019, 13:03 | Abşeronda faşizm üzərində qələbənin 74 illiyi qeyd edildi8-05-2019, 22:31 | Abşeronun gənc zəka sahibləri Azərbaycan çempionu oldular