15-17 fevral 2019- cu il tarixində Şağan Olimpiya İdman Kompleksində kikboksinq üzrə Azərbaycan Kikboksinq Federasiyasının 25- ci ölkə birinciliyi və eyni zamanda qadınlar arasında çempionatın rəsmi Azərbaycan birinciliyi başa çatıb. Bu yarışda Azərbaycanın müxtəlif bölgələrindən 51 klub öz gücünü sınayıb. 300- dən çox idmançının iştirak etdiyi yarışda 86 kiloqram çəki kateqoriyasında mübarizəyə qoşulan Abşeronlu idmançı Qələmi Rəcəbovun döyüşü daha çox yaddaqalan olub. Beləki,
Q.Rəcəbov ilk qarşılaşmasında rəqibini 1-ci raundun 39-cu saniyəsində nakauta salaraq görüşü vaxtından əvvəl başa vurub. Q.Rəcəbov yalnız finalda məğlub olaraq gümüş medala sahib olub.
Şamo Əliyev