Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Polşada dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar

Tarix:16-04-2019, 13:07

Polşada dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar

Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar.

Dünya birinciliyində bürünc medal qazanmaqla müstəqillik tariximizdə analoji yarışda ilk dəfə mükafatçılar sırasında yer almağı bacaran qılıncoynadanımız Ruslan Həsənov Heydər Əliyev Beynəlxalq Hava limanında böyük coşqu ilə qarşılanıb.

R.Həsənov jurnalistlərə müsahibəsində tarixi zəfərindən danışıb: “Belə bir nəticəyə imza atmağım mənim üçün gözlənilməz olsa da, buna ümid edirdim. Hətta yarımfinala yüksələndə belə, nə baş verdiyini tam dərk etmirdim. Bu nəticənin qeydə alınmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Ən çətin döyüşlərim 1/16 və yarımfinala yüksəlmək uğrunda rumıniyalı və macarıstanlı şpaqaçılarla keçirdiyim görüşlər oldu. Gələcək hədəfim nəticəmi yaxşılaşdırmaqdır. Qarşıda bizi 23 yaşadək qılıncoynadanların Avropa çempionatı gözləyir. Çalışacağam ki, həmin yarışda da yaxşı çıxış edim”.

Ardınca milli komandamızın baş məşqçisi Çingiz Mustafayev də tarixi uğurla bağlı fikirlərini bölüşüb: “Bu nəticəyə doğru irəliləyirdik. Qarşıda qələbələrimizin sayı daha çox olacaq. Ruslanın dünya birinciliyində bürünc medal qazanması tək idmançı və məşqçi deyil, hamımızın qələbəsidir. Bu qələbə komanda zəhmətinin nəticəsidir”.

Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədov isə bu uğurların davamlı olacağına ümid etdiyini bildirdi: “Federasiya olaraq qarşımıza böyük hədəflər qoymuşuq. Yolumuz məsuliyyətli və mürəkkəb olsa da, şərəflidir. Ruslanın nəticəsinin ənənə halına çevriləcəyinə inanırıq”.

Xatırladaq ki, 6-14 aprel tarixlərində Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində ümumilikdə 6 idmançı ilə təmsil olunub. Şpaqaçılarımızdan turnirin yarımfinalına kimi irəliləməklə bürünc medalı təmin edən Ruslan Həsənov finala yüksəlmək uğrunda görüşdə fransalı Artur Filippə uduzub

Polşada dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar

Polşada dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar

Polşada dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar

Polşada dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar

Polşada dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar

Polşada dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib

Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu

XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır

Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə

Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi

Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib

Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı

Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək

FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib

Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir