Abşeron qəzetinin yeni sayı
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
16-04-2019, 11:54 Oxunub: 189

“Qarabağ qaziləri”: həyat eşqi də artıb, uğurlar da

“Qarabağ qaziləri”: həyat eşqi də artıb, uğurlar da

Bu günlərdə Polşada Dünya Amputant Futbol Federasiyası və Avropa Amputant Futbol Federasiyasının birgə təşkilatçılığı ilə beynəlxalq konqres keçirilib. Dünyanın 20 ölkəsinin təmsil olunduğu tədbirdə Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbəri Rövşən Quliyev də iştirak edib. Rövşən müəllim ilə onun səfər təəssüratları, eləcə də başçılıq etdiyi federasiyanın uğurları, planları barədə söhbətimiz, zənnimcə, səmimi və maraqlı alındı. Həmsöhbətim öncə bunları bildirdi:

– Varşavada baş tutan konqresdə, ilk növbədə bütün dünyadakı amputant futbol komandalarının iştirakı ilə 2015–2018-ci illər ərzində keçirilən yarışlara yekun vuruldu, qarşıda duran əsas vəzifələr müzakirə edildi. Qeyd olundu ki, son illər bütün qitələrdə amputant futbol komandalarının sayı artıb. Yeri gəlmişkən, gələn il milli amputant futbol komandalarının dünya çempionatı keçiriləcək və mühüm tədbirə hərtərəfli hazırlıq məsələsi gündəmin əsas mövzusu idi. Gələn il milli komandamız bu nüfuzlu yarışda ilk dəfə iştirak edəcək.

Qeyd etmək istəyirəm ki, Varşavada Dünya Amputant Futbol Federasiyasının rəhbərləri ilə görüşdüm, Azərbaycan komandasının “Dünya–2020” çempionatında iştirakı ilə bağlı məsələləri müzakirə etdik. Ölkəmizdə uşaq amputant futbolunun inkişafı barədə də geniş məlumat verdim. Onlar Azərbaycanda bu sahədə görülən işlərdən razı qaldıqlarını dilə gətirdilər.

– Mili komandamızın dünya çempionatına hazırlıq işləri barədə nə deyə bilərsiniz?

– Biz dünya çempionatına indidən var gücümüzlə hazırlaşırıq. Çempionluq uğrunda mübarizənin qrup mərhələsində Rusiya, Türkiyə və Belçika komandaları ilə qarşılaşacağıq. Ümid edirəm ki, milli komandamız bu oyunların hər birində uğurla çıxış edəcək.

– Polşalı bir müxbir yazıb ki, konqresdə ən emosional çıxış edənlərdən biri siz olubsunuz…

– Düzü, mən tədbirdə Azərbaycan milli amputant komandasının yaranma tarixi, fəaliyyəti, qazandığı uğurlar barədə bəhs etməklə bərabər, komandamızın əksər futbolçularının məhz Ermənistanın ölkəmizə təcavüzü nəticəsində ayaqlarını itirməsi barədə həyəcanla söz açdım. Sözümün canı bу oldu ki, Qarabağ müharizəsi zamanı erməni yaraqlılarının törətdikləri ağır zorakılıqlar nəticəsində bu gün ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkün var. Müharibə minlərlə insanın sağlamlığını əlindən alıb. Azərbaycanın Dağlıq Qarabağ adlı tarixi torpaqları hələ də işğal altındadır. Acı təəssüf ki, dünya birliyi işğalçı Ermənistana adekvat təpki vermir.

Çıxışımda həmçinin qətiyyətlə dedim ki, Azərbaycan xalqı heç vaxt bu tarixi ədalətsizliklə barışmayacaq. Bu gün azərbaycanlı amputant futbolçular qoltuq ağaclarının köməyi ilə yaşıl meydanlarda top qovurlar. Lakin onlar hər an doğma Qarabаğın düşməndən azad olunması üçün yenidən döyüşə atılmağa hazırdırlar.

Sizin sualın cavabına gəldikdə isə deyə bilərəm ki, Polşa mətbuatı, həqiqətən beynəlxalq konqresin işinə xeyli diqqət ayırmışdı. Görünür, bir qədər emosional danışmışam ki, çıxışım polyak jurnalistin diqqətini cəlb edib.

– Rövşən müəllim, siz özünüz də Qarabağ müharibəsi veteranısınız. Azərbaycan Amputant Futbol Federasiyası ilə bərabər Abşeron rayonunda yaradılan “Qarabağ qaziləri” komandasına rəhbərlik edirsiniz. Bu komandanın uğurları barədə də danışardınız...

– “Qarabağ qaziləri” amputant futbol komandası iki ildir ki, fəaliyyət göstərir. İlk təlim-məşq oyunlarına Xırdalan Olimpiya Mərkəzində başlamışıq. Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilk gündən bizə hər cür diqqət və qayğı göstərir.

Komandamız yаrandığı gündən bu vaxta qədər bir sıra nüfuzlu yarışlarda parlaq qələbələr əldə edib. Xüsusilə keçən il Tbilisidə keçirilən beynəlxalq turnirdə uğurlu çıxışımızı xatırlatmaq yerinə düşərdi.

Bu məqamda komandamızın aparıcı üzvlərinin adlarını qeyd etməyi özümə borc bilirəm. Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Elmar Hüseynov, komandanın kapitanı Şəhid, Əlil və Veteranlar Birliyi Abşeron şöbəsinin sədri Rasim Ələkbərov və vaxtilə bir cəbhədə vuruşduğum digər dostlarım komandamızın uğurları üçün əsl fədakarlıq göstərirlər.

Belə bir faktı qeyd etməyi vacib sayıram ki, Azərbaycan Amputant Futbol Federasiyasının tərkibində “Qarabağ qaziləri” komandasından başqa dahа 6 komanda var. Son vaxtlar Gəncə–Qazax bölgəsində, eləcə də ölkəmizin digər rayonlarında komandalar yaradılıb.

– Bilirəm ki, çox sayda fanatlarınız, azarkeşləriniz var...

– Məndən jurnalistlər tez-tez soruşurlar ki, sizcə, qoltuq ağacları üzərində qaçan, yıxılan, duran amputant futbolçularda bu qədər iradə, güc, enerji hardandır? Mən bu sualın cavabında bir qayda olaraq deyirəm ki, bizi ayaqda saxlayan, ruhən qoruyan Vətən sevgisidir! “Qarabağ qaziləri” komandasının üzvləri, əsasən, ayaqlarından birini itirən qazilərdir. Amma, onlar adi idmançılar deyillər. Onlar Vətən uğrunda döyüşlərdə sağlamlıqlarını qismən itirsələr də, ruhən güclü insanlardır.

Əlbəttə, azarkeşlərimizin dəstəyi komandanın üzvlərini çox ruhlandırır. Elə azarkeşlərimiz var ki, bir oyunumuzu belə buraxmırlar. Bu böyük mənəvi dəstəyə görə azərkeşlərimizin hər birinə dərin təşəkkürümü bildirirəm.

– “Qarabağ qaziləri” komandasının fəaliyyəti dönəmində sizin üçün ən yaddaqalan hadisə nədir?

– Təsirli, kövrək anlar çox olub. Məsələn, üç ay əvvəl “Qarabağ qaziləri”nin Türkiyəyə səfəri hər birimiz üçün çox yaddaqalan oldu. Belə ki, bu ilin ilk günlərində Avropa Amputant Futbol Federasiyası Assosiasiyalarının təşəbbüsü ilə Ankarada keçirilən beynəlxalq yarışa kоmandamız da dəvət olunmuşdu.

Komandamızın Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvvələri” amputant futbol komandası ilə yoldaşlıq görüşü gərgin idman mübarizəsi şəraitində keçdi. Stadionda çox sayda tamaşaçı vardı. Mənim üçün ən təsirli cəhət bu idi ki, yerli fanatlar öz komandalarının uğuruna sevindikləri qədər bizim futbolçuları da eyni hərarətlə alqışlayırdılar.

Yeri gəlmişkən, həmin oyun 4:4 hesabı ilə başa çatdı. Əlamətdar haldır ki, yarışlar bitəndən sonra Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Qarabağ qaziləri” komandasının üzvlərini qəbul etdi. Bu görüşdən məmnunluğunu ifadə edən hörmətli nazir azərbaycanlı futbolçuların qələbə əzmini yüksək qiymətləndirərək dedi: “Futbol təkcə ayaqla deyil, ürəklə oynanılır. Siz də futbolu ürəklə oynayırsınız. Həm də əsl kişi kimi oynayırsınız. Buna görə də Allah sizdən razı olsun”. Nə gizlədim, S.Soylu kimi görkəmli ictimai-siyasi xadimin dilindən qopan bu sözlər məni bu gün də təsirləndirir.

– Rövşən müəllim, ən böyük arzunuz nədir?

– “Qarabağ qaziləri” komandasının bütün üzvləri kimi, mənim də ən böyük arzum ən yaxın gələcəkdə yağı düşməndən mütləq azad ediləcək Şuşada, Xankəndidə ən parlaq oyunumuzu nümayiş etdirməkdir! Mən o xoşbəxt günün arzusu ilə nəfəs alıram.

– Gözəl arzudur! Allah arzunuza çatdırsın...

– Çox sağ olun. Əminəm ki, Allah-təalanın bizə bəxşişi olan Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Respublikası Silahlı Qüvvələrin qətiyyəti və şücaəti sayəsində bu arzumuza mütləq qovuşacağıq. Azərbaycan mətbuatı, o cümlədən qocaman “Xalq qəzeti” “Qarabağ qaziləri”nin oyunlarını operativ və geniş işıqlandırır. Diqqətiniz üçün sizə, bütün qələm əhlinə minnətdarlığımı bildirirəm.

P.S. Hörmətli oxucu! Mən “Qarabağ qaziləri” amputant futbol komandasının oyunlarını dərin maraqla izləyirəm. Hər dəfə də özüm üçün hasil etdiyim qənaət budur ki, “komandanın uğurları artdıqca, futbolçuların yeni qələbələr qazanmaq, həyat eşqi də artır. Bəli, amputant futbolçuları ayaqda saxlayan həqiqətən sonsuz Vətən sevgisidir!
“Qarabağ qaziləri”: həyat eşqi də artıb, uğurlar da

“Qarabağ qaziləri”: həyat eşqi də artıb, uğurlar da

“Qarabağ qaziləri”: həyat eşqi də artıb, uğurlar da
XƏBƏR LENTİ
Bu gün, 20:12 | Qol güləşçilərimiz Abşerona qələbə ilə döndülər-VideoBu gün, 16:26 | Xırdalanda şəhid Elmar Daşdəmirovun ailəsi ziyarət edilibBu gün, 16:05 | Prezident İlham Əliyev: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaqBu gün, 16:01 | Azərbaycan Prezidenti: Bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edimBu gün, 15:59 | Prezident İlham Əliyev: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaqBu gün, 15:56 | Azərbaycan Prezidenti: Bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edimBu gün, 15:54 | Prezident İlham Əliyev: İndiki şəraitdə vəsaiti daha çox insanların rifah halının yaxşılaşdırılmasına yönəldirikBu gün, 15:52 | Azərbaycan Prezidenti: Vətəndaşları narahat edən problemləri bilməli və həll etməliyikBu gün, 15:51 | Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edibBu gün, 12:56 | Abşeronda ödənişsiz Proqramlaşdırma dilləri kursu-ElanBu gün, 12:05 | DTV-Abşeronda Cəfər Cabbarlının 120 illiyi qeyd olunubBu gün, 12:00 | Körpə fidanlar bağçada həndəsi fiqurları öyrənirBu gün, 09:57 | Təzyiqi salan ən ucuz və əlçatan TƏBİİ VASİTƏBu gün, 09:56 | Hər gün bir dilim pendir yemək orqanizmi infarktdan müdafiə edirBu gün, 09:54 | Çiy su orqanizm üçün faydalıdırBu gün, 09:53 | Qara çayın tərkibində mərkəzi sinir sistemi üçün vacib olan kofein varDünən, 18:17 | Abşeronda Şəhid Rəhim Əzimovun ildönümü qeyd olunubDünən, 17:17 | İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul etdi – ABŞERONDA…Dünən, 16:20 | Beyini qocalana qədər cavan saxlamaq üçün nə etməli? Məşhur akademikdən 5 tövsiyəDünən, 16:18 | Bədənimiz vitaminsizləşəndə bunları yeməliyik! 8 təbii möcüzəDünən, 16:17 | Püstə erkən qocalmanın qarşısını alırDünən, 16:16 | Xərçəngdən qorunmaq üçün bu qidaları artırın