Abşeron idmançısı Elçin Eminov Moskvada uşu üzrə Avropa çempionatında qızıl medal qazanıb. Üçqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı E.Eminov dörddəbir final mərhələsində rusiyalı idmançı Emil Kolaidini məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda serbiyalı idmançı Daniel Spolyarikə qalib gələn idmançımız həlledici mərhələdə gürcüstanlı Valeri Pekterevi məğlub edərək dördüncü dəfə Avropa çempionu olub.
Şamo Əliyev