Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Qarabağ qaziləri” amputant komandasının üzvləri Azərbaycanın Gürcüstandakı səfirliyində olublar

Tarix:7-08-2019, 14:23

“Qarabağ qaziləri” amputant komandasının üzvləri Azərbaycanın Gürcüstandakı səfirliyində olublar

Gürcüstanda amputant futbolçular arasında keçirilən yarışmada iştirak edən Azərbaycanın “Qarabağ qaziləri” futbol komandasının üzvləri avqustun 6-da Tbilisidəki Heydər Əliyev Parkında olublar. Qazilər və onları müşayiət edən şəxslər xalqımızın ümummilli lideri Heydər Əliyevin parkdakı büstünün önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

“Qarabağ qaziləri” sonra ölkəmizin Tbilisidəki səfirliyində olublar.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrindən söz açıb. Münasibətlərimizin yüksək səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, Ümummilli Liderin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr ölkənin inkişafında və xalqlarımızın rifah halının yaxşılaşmasında mühüm rol oynayıb.

D.Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsi nəticəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev dost və qardaş Gürcüstan ilə münasibətlərə böyük önəm verir.

Səfir ölkələrimiz arasında idman sahəsində də sıx əməkdaşlığın olduğunu deyib.

Diplomat Qarabağ qazilərinə Azərbaycanda dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan da söz açıb. “Qarabağ qaziləri” amputant futbol komandasının üzvlərinin Gürcüstanda keçirdikləri görüşlərin bu qayğının bariz nümunəsi olduğunu bildirib. Səfir Gürcüstan tərəfinə Azərbaycanda amputant futbolunun inkişafına göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Gürcüstanın Veteranlarla İş üzrə Dövlət Xidmətinin direktoru Vladimir İmnadze də ölkələrimiz arasında əlaqələrdən məmnunluqla danışıb. O, ötən illə müqayisədə “Qarabağ qaziləri” komandasının kifayət qədər gücləndiyini söyləyib. Bildirib ki, komanda artıq ikinci dəfədir Gürcüstanda keçirilən yarışlara qatılır. Azərbaycanlı futbolçuların bu dəfə nümayiş etdirdiyi oyunlar tam başqa oldu. Əminəm ki, komandanı irəlidə daha böyük uğurlar gözləyir.

Abxaziya müharibəsi veteranı, ehtiyatda olan polkovnik Dodo Quqeşaşvili Gürcüstan və Azərbaycan arasında bütün sahələrdə hər zaman sıx münasibətlərin olduğunu bildirib. O, Azərbaycanda amputant futbolun inkişaf etdirilməsini yüksək qiymətləndirib. Veteran Qarabağ qazilərinə uğurlar arzu edib.

Sonra çıxış edən “Qarabağ qaziləri” amputant futbol federasiyasının rəhbəri Rövşən Akifoğlu səmimi qəbula, göstərilən diqqət və qayğıya görə D.Həsənova minnətdarlığını bildirib. Onun sözlərinə görə, yaranmasından bir il ötməsinə baxmayaraq, “Qarabağ qaziləri” artıq kifayət qədər güclənib və komanda Gürcüstanda keçirilən yarışda bunu bir daha sübut etdi

R.Akifoğlu səfir D.Həsənov, V.İmnadze, Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik-leytenant Fuad İbrahimov, D.Quqeşaşvili və Gürcüstanın Amputant Futbolçular Assosiasiyasının prezidenti Avtandil Çixladzeyə federasiyanın xatirə hədiyyələrini təqdim edib.

“Qarabağ qaziləri” amputant komandasının üzvləri Azərbaycanın Gürcüstandakı səfirliyində olublar

“Qarabağ qaziləri” amputant komandasının üzvləri Azərbaycanın Gürcüstandakı səfirliyində olublar

“Qarabağ qaziləri” amputant komandasının üzvləri Azərbaycanın Gürcüstandakı səfirliyində olublar

“Qarabağ qaziləri” amputant komandasının üzvləri Azərbaycanın Gürcüstandakı səfirliyində olublar

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib