Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronun 14 yaşlı şahmatçısının uğurları artır

Tarix:5-02-2020, 08:59

Abşeronun 14 yaşlı şahmatçısının uğurları artır


Hindistanlı şahmat ustası, qadın qrossmeyster Tanya Saçdev deyir ki, şahmat fiziki gücə deyil, daha yaxşı və sürətli hesablamaya, hiyləli ideyalara və gedişlərə, saatın səsi saniyələri göstərərkən əsəblərini nəzarət altında saxlamağa əsaslanır. Kənardan bu, bəzən sakit və səssiz görünə bilər, lakin daxildə – beyində isə bu, sirkə bənzəyir.

Bu gün Abşeron rayonunda da bu oyuna meyil göstərənlərin sayı yüzlərlədir. Şahmatın kütləviliyinin təmin olunması, inkişafı, şahmat məktəbləri üçün yeni binaların tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi və peşəkar mütəxəssislərin formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Belə məktəblərdən biri də Xırdalan şəhərində yerləşən Şahmat Məktəbidir. Məktəb 6 il bundan öncə fəaliyyətə başlayıb. Burada müasir tədris şəraiti yaradılıb. Bunun nəticəsidir ki, son illər abşeron şahmatçılarının ölkə miqyaslı yarışlarda, beynəlxalq turnirlərdə böyük uğurlar qazanırlar. Həmin uğurlarda bu məktəbin də payı var.

Rayon şahmat məktəbində bütün diqqətləri öz üzərinə çəkən gənc şahmatçılardan biri 14 yaşlı Ümid Aslanovdur. 5 yaşından bu idman növü ilə məşğul olan Ümidin uğur qazanmasında atası, Fuad Aslanovunda da əməyi var.

Ümid 5 yaşından etibarən Azərbaycanda keçirilən turnirlərdə və çempionatlarda dəfələrlə birinci yer tutub. 2012-ci ildə - 6 yaşında qatıldığı ilk beynəlxalq turnirdən əliboş qayıtmayıb. O, Rumıniyada keçirilən dünya çempionatında yaşıdları arasında birinciliyi əldə etsə də, özündən bir yaş böyüklərə məğlub olub. Beləliklə, iştirak etdiyi ilk beynəlxalq yarışda 5-ci yerdə qərarlaşıb. Ümid Gürcüstan, Yunanıstan və Bolqarıstanda keçirilən beynəlxalq turnirlərdə fəxri kürsünün ən yüksək pillələrinə qalxmağı bacarıb. 2013-cü ildə Serbiyada 7 yaşlılar arasında qitə birinciliyində bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu olub. Bu uğurunu 2014-cü ildə də təkrarlayıb.2018-ci ildə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilən, 15 ölkədən 100-dək şahmatçı qatıldığı beynəlxalq şahmat turnirində abşeronlu Ümid Aslanov yarışın qalibləri sırasında yer almış, Vətənə bürünc medalla qayıtmışdı.

Balaca Ümidin qazandığı uğurları sadalamaqla bitməz..Onun belə uğurlarından biridə 17-24 yanvar 2020-ci ildə Belarusun Orşa şəhərində keçirilən beynəlxalq şahmat turnirində 9 oyundan 4.5 xal toplayaraq reytinqini 35 ELO qaldırmasıdı .O, həmçinin yanvarın 25-dən fevralın 3-dək davam edən "Moskva Open" turnirinin A qrupunda daha uğurlu çıxış edərək reytinqini 105 ELO qaldıra bilib. Hal-hazırda Ü.Aslanovun reytinqi 2030 ELO-du.

Göründüyü kimi, Ümid Aslanov abşeronumuzda idmana göstərilən diqqət və qayğıdan bəhrələnərək böyük uğurlara imza atıb və bundan sonra da onun belə qələbələr qazanacağına əminik.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir