"Qarabağ”ın braziliyalı sabiq futbolçusu Pedro Enrike ölkəsinin mətbuatına müsahibə verib.
Türkiyənin “Kayserispor” klubunun 30 yaşlı yarımmüdafiəçisi Ağdam təmsilçisinə keçidi haqda da danışıb.
"Qarabağ"ın Bakıda "Roma" ilə matçında (1:2) fərqlənməklə, Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsində qol vuran ilk oyunçu olan Enrike Ağdam təmsilçisində arzusuna çatdığını bildirib: “Ürəyim ağrıyırdı, “Qarabağ”dan təklif gələndə PAOK-un prezidentindən məni sərbəst buraxmasını xahiş etdim. Arzum Çempionlar Liqasında oynamaq idi. Bu arzuma da çatdım”.
Qeyd edək ki, Pedro Enrike 2017/2018 mövsümündə icarə əsasında “Qarabağ”da çıxış edib.