"Lans" klubunun sahibi Hafiz Məmmədov Fransa ikinci liqasının 15-ci turu çərçivəsindəkreçirilən"Lans" - "Çateroks" oyununu stadiondan izləyib.Tanınmış iş adamının izlədiyi oyunda “Lans” inamlı qələbə qazanıb. Belə ki, Fransanın köklü klubu rəqibini 2:0 hesabı ilə üstələyib.
Oyundan sonra 40 min azarkeşin iştirakı ilə böyük bayram yaşanıb. Azərbaycan bayrağını dalğalandıran fanatlar bir ağızdan “Hafiz, Hafiz” qışqırıblar.