Xırdalanda milli və dünya mətbəxinin yeməklərini birləşdirən “RATE” adlı yeni restoranın açılışı olub. “RATE” restoranı öz müştərilərinə geniş seçim imkanları və müxtəlif çeşidli menyü təklif edir. Burada hər bir kəs istər milli, istərsə də Avropa mətbəxinin ləziz nemətlərindən dada bilər. Hazırda restoranda 8 yerli mütəxəssis çalışır. Amma gələcəkdə işçilərin sayının 15-ə çatdırılması planlaşdırılır.
Restoranın açılışı zamanı çəkilmiş videoçarxı və fotoları diqqətinizə təqdim edirik.