Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi layihəsi müzakirə olunur

Tarix:21-11-2013, 18:09
Baxış Sayı:983

Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi layihəsi müzakirə olunur

Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam edir. 2014-cü ilin dövlət büdcəsi ölkənin bütün prioritet sahələrinə ayrılan vəsaitlərin artırılmasına, ölkənin iqtisadi qüdrətinin daha da gücləndirlməsinə, iqtisadiyyatın səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsinə çatdırlmasına, müxtəlif iri həcmli proqram və layihələrin reallaşdırılmaısna maliyyə təminatı yaradacaq. Çıxış edən millət vəkilləri Azərbaycanın büdcə siyasəti və 2014-cü ilin dövlət büdcə proqnozlarından danışarkən dildirdbilər ki, təqdim olunan maliyyə sənədləri növbəti ildə də ölkənin siyasi, iqtisadi, sosial sahələrdə irəliyə doğru addımlar atacağını göstərir. Layihə əsasən makro-iqtisadi sabitlik qorunmaqla hazırlanıb. Büdcənin müsbət xarakterik cəhətlərindən biri onun neftdən asılılığının azaldılması, vergi siyasəti üzrə formalaşmasıdır. Belə ki, Dövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 15,9 faiz artımla proqnozlaşdırılıb. 2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulur. Bu da ilin proqnozu ilə müqayisədə 11 faiz çoxdur. Dövlət Gömrük Komitəsi üzrə isə dövlət büdcəsinə 1 milyard 510 milyon manat gəlir proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,4 faiz çoxdur. Dövlət büdcəsi gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiymətinin 100 dollar səviyyəsində götürülməsi də məqbul sayılıb. Çıxışlarda qeyri-neft sektorunda daha çox gəlir gətirə biləcək sahələr üzrə təhlillər aparılması təklif olunub. Büdcənin daha bir müsbət xarakterik cəhətinin yerli xərclərini öz gəlirləri hesabına ödəyəcək şəhər və rayonlaırn sayının getdikcə artmasının olduğu bildirilib. Belə ki, 2014-cü ildə Sumqayıt, Şirvan şəhərləri və Abşeron rayonu ilə yanaşı, Mingəçevir şəhəri və İmişli rayonu da dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımından yararlanmadan yerli xərclərini öz gəlirləri hesabına ödəyəcəklər. Millət vəkilləri təhsil, müdafiə, səhiyyə, elm sahələrində bəzi təkliflər də səsləndiriblər. Həmçinin büdcə layihəsinə Hesablama Palatasının verdiyi rəy də müsbət qiymətləndirilib. Qeyd edək ki, 2014-cü il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 31,4 faizi həcmində olmaqla, mütləq ifadədə 18 milyard 384 milyon manat, dövlət büdcəsinin xərcləri isə müstəqilliyimiz dövründə hələlik ən yüksək həddə çatmaqla 20 milyard 63 milyon manat proqnozlaşdırılıb. 2014-cü il icmal büdcəsinin gəlirləri isə 21 milyard 986 milyon manat,

İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi
İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi
“Yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır”
“Yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır”
Xırdalanda sakinləri narahat edən yol düzəldilir
Xırdalanda sakinləri narahat edən yol düzəldilir
Mehdiabadda kanalizasiya xətti çəkilir
Mehdiabadda kanalizasiya xətti çəkilir
Qobu sakinləri yol və qazla bağlı Prezidentə müraciət etdilər
Qobu sakinləri yol və qazla bağlı Prezidentə müraciət etdilər
İradə Gülməmmədova hadisə yerinə getdi - aidiyyatı qurumların rəhbərləri əraziyə dəvət edildi
İradə Gülməmmədova hadisə yerinə getdi - aidiyyatı qurumların rəhbərləri əraziyə dəvət edildi
Abşeron könüllüləri AKƏM çətiri altında geniş fəaliyyət göstərib
Abşeron könüllüləri AKƏM çətiri altında geniş fəaliyyət göstərib
Abşeronda quraşdırılan xüsusi polis postları götürülüb
Abşeronda quraşdırılan xüsusi polis postları götürülüb
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu
Hindistan koronavirusa yoluxmada Çini ötdü
Hindistan koronavirusa yoluxmada Çini ötdü
Məmmədyarovdan 3 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə
Məmmədyarovdan 3 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə
Alimlər koronavirusu 2 saatdan az müddətə müəyyən edən test hazırlayıb
Alimlər koronavirusu 2 saatdan az müddətə müəyyən edən test hazırlayıb
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident
İlham Əliyev generalı işdən çıxardı - Sərəncam
İlham Əliyev generalı işdən çıxardı - Sərəncam
Bütün ölkədə SMS icazə ləğv edildi
Bütün ölkədə SMS icazə ləğv edildi
65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa bitdi
65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa bitdi
Abşeronda restoran, kafe, çayxanalar da açılır
Abşeronda restoran, kafe, çayxanalar da açılır
Bu qadağalar hələ qüvvədədir - Siyahı
Bu qadağalar hələ qüvvədədir - Siyahı
Azərbaycanda karantin rejimi ilin sonuna kimi davam edəcək.
Azərbaycanda karantin rejimi ilin sonuna kimi davam edəcək.