Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Məcburi köçkünlər üçün vahid aylıq müavinətin miqdarı 40 manat olub

Tarix:30-04-2018, 17:59
Baxış Sayı:749

Məcburi köçkünlər üçün vahid aylıq müavinətin miqdarı 40 manat olub


Məcburi köçkünlər üçün vahid aylıq müavinətin miqdarı 36 manatdan 40 manata qaldırılıb.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" fərmanda əksini tapıb.

Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği isə 20 manatdan 22 manata qaldırılıb.

Bu Fərman 2018-ci il martın 1-dən tətbiq edilir.

Qeyd edək ki, bu fərman "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında" Azərbaycan prezidentinin 2018-ci il 21 fevral tarixli sərəncamının icrası ilə əlaqədar imzalanıb. Həmin sərəncamda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılması nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin 23 yanvar 2017-ci il tarixli fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyənləşib. Fərmanda qeyd edilib ki, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun.Eyni zamanda fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilsin. Bu kateqoriyaya daxil olan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20 manat məbləğində müəyyən edilib.

Azərbaycan istənilən böhranla bacara bilər
Azərbaycan istənilən böhranla bacara bilər
Qorxmaz Abbasov koronavirusdan vəfat etdi
Qorxmaz Abbasov koronavirusdan vəfat etdi
Abşeronda genişmiqyaslı dezinfeksiya işləri aparılır -Video
Abşeronda genişmiqyaslı dezinfeksiya işləri aparılır -Video
Abşeron rayonunda xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilib - FOTOLAR
Abşeron rayonunda xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilib - FOTOLAR
İradə Gülməmmədova sakinlər arasında təbliğat işləri apardı
İradə Gülməmmədova sakinlər arasında təbliğat işləri apardı
Əziz Hüseyn bala, onun valideynləri və müəllimlər!
Əziz Hüseyn bala, onun valideynləri və müəllimlər!
Abşeronda COVİD-19 pandemiyası ilə əlaqədar reyd keçirildi
Abşeronda COVİD-19 pandemiyası ilə əlaqədar reyd keçirildi
Abşeronda polis işçiləri təbrik edildi
Abşeronda polis işçiləri təbrik edildi
“Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda onlayn videokonfrans keçirildi
“Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda onlayn videokonfrans keçirildi
İradə Gülməmmədova növbəti video-görüntülü müşavirə keçirib
İradə Gülməmmədova növbəti video-görüntülü müşavirə keçirib
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda videokonfrans şəklində görüş keçirilib
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda videokonfrans şəklində görüş keçirilib
Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək
Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək
Çəhrayı rəngi ilə görənləri heyran edən Masazır Duz gölü -Video
Çəhrayı rəngi ilə görənləri heyran edən Masazır Duz gölü -Video
“Çiçəklənən Abşeron” layihəsi Novxanıda
“Çiçəklənən Abşeron” layihəsi Novxanıda
Strateji obyektlərimiz ən yüksək səviyyədə qorunur
Strateji obyektlərimiz ən yüksək səviyyədə qorunur
Lider Tv- Qobu qəsəbəsində bir gün ....
Lider Tv- Qobu qəsəbəsində bir gün ....
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il ötür
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il ötür
Xırdalanın Heydər Əliyev prospektinin yenidən qurulması uğurla davam etdirirlər
Xırdalanın Heydər Əliyev prospektinin yenidən qurulması uğurla davam etdirirlər
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır