Bu ilin yanvar-mart aylarında Bakıda 477,8 min ton dizel yanacağı istehsal edilib.Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, birinci rübdə paytaxtda 307,6 min ton avtomobil benzini, 57,6 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 140,5 min ton ağ neft, 19,7 min ton yanacaq mazutu, 5,2 min ton sürtkü yağları, 63,6 min ton neft bitumu və 58,8 min ton neft koksu istehsal olunub.