"Ümid” qaz-kondensat yatağındakı 16 nömrəli quyunun bu ilin oktyabr ayında istismara verilməsi nəzərdə tutulur. Bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, 2012-ci ildə "Ümid” qaz-kondensat yatağı sənaye işlənməsinə daxil edilib. Bu ilin əvvəlinə yataqdan 265,3 min ton kondensat və 1 milyard 666,3 milyon kubmetr qaz hasil olunub. Yataqda 2 istismar quyusu fəaliyyət göstərir (12 nömrəli istismar quyusu təmirə dayanıb) və bu quyulardan gündə 1250 min kubmetr qaz, 200 ton kondensat hasil edilir. Hazırda "Ümid” yatağındakı 16 nömrəli istismar quyusunda qazma işləri aparılır.