Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Prezident İlham Əliyev: "İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır"

Tarix:18-10-2018, 15:55

Prezident İlham Əliyev: "İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsindən və bütövlükdə siyasi əlaqələrimizin çox yüksək səviyyədə olmasından məmnunluğunu bildirdi. "İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır", - deyən dövlətimizin başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif layihələr icra etdiyini və onlardan birinin bu il İtaliya və Azərbaycan prezidentlərinin iştirakı ilə ölkəmizdə açıldığını bildirdi. Prezident İlham Əliyev ölkələrimizin energetika sahəsində əməkdaşlıq etdiyini, mədəniyyət sahəsində əlaqələrimizin gözəl nəticələr verdiyini dedi. Dövlətimizin başçısı münasibətlərimizin hərtərəfli inkişafı üçün parlamentlərarası əlaqələrin böyük rol oynadığını vurğulayaraq bu əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla həyata keçirildiyini bildirdi. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmlənməsində ölkələrimiz tərəfindən qəbul edilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin rolunu qeyd etdi. Dövlətimizin başçısı İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin strateji tərəfdaşlıq əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.

Qonaqpərvərliyə və xoş sözlərə görə minnətdarlığını bildirən İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati dedi: "Biz bilirik ki, Azərbaycan həm ənənə, həm də mədəniyyət baxımından çox zəngin ölkədir. Təbii ki, mənim səfərim iki ölkə arasında olan dostluq əlaqələrinin bir daha təsdiqidir".

İkitərəfli münasibətlərimizin inkişafında ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli səfərlərin önəminə toxunan İtaliya Senatının sədri öz səfərinin də əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Ölkələrimiz və xalqlarımız arasında bir çox oxşarlığın olduğunu bildirən italiyalı qonaq dedi: "Azərbaycanda müxtəlif millətlərin dinc birgə yaşaması onu göstərir ki, İtaliya ilə Azərbaycan bu sahədə də uğurlu əməkdaşlıq həyata keçirə bilərlər".

Görüşdə sənaye, enerji, neft-kimya, mədəniyyət, infrastruktur, kənd təsərrüfatı, ekologiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev: "İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır"

Prezident İlham Əliyev: "İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır"

Prezident İlham Əliyev: "İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır"

Prezident İlham Əliyev: "İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır"

Prezident İlham Əliyev: "İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır"

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib