Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Çin şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Tarix:25-10-2018, 17:25

Çin şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır


İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətinin nümayəndələri ilə görüşüb.

Nazir Şahin Mustafayev Azərbaycan-Çin əlaqələrinin uğurla inkişaf etdiyini, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində önəmini vurğulayıb. Qeyd olunub ki, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın, investisiya qoyuluşlarının və ticarət əlaqələrinin genişləndirilməsinə müsbət töhfəsini verir.

Azərbaycanın Çinin “Bir kəmər - Bir yol” strategiyasını dəstəkləyir. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında imzalanmış Anlaşma Memorandumu nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı, Çin şirkətlərinin “Trans-Xəzər Tranzit Dəhlizi”ndən istifadəsi üçün geniş imkanlar açır.

Nazir qeyd edib ki, 2017-ci ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 20% artıb. Bu ilin yanvar-sentyabr aylarında isə ölkələrimiz arasında ticarət dövriyyəsi 848,9 mln. ABŞ dolları təşkil edib. 2017-ci ildən Azərbaycanın Çində ticarət nümayəndəsi fəaliyyət göstərir ki, bu, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyətlidir. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 50%-i Azərbaycanın payına düşür. Azərbaycanda ticarət, xidmət, sənaye, tikinti və digər sahələrdə 100-dən çox Çin sərmayəli şirkət fəaliyyət göstərir. CNEEC şirkətinin də Azərbaycanda iş təcrübəsi var və müxtəlif layihələrin icrasında iştirak edib.

CNEEC-in vitse-prezidenti Zheng Chengjun şirkətin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib və ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasında iştirak etdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycana növbəti səfər zamanı Çin nümayəndə heyəti iqtisadi sahədə əməkdaşlığa dair bir sıra görüşlər keçirib, Sumqayıt Kimya Sənaye Parkında olub. Zheng Chengjun CNEEC-in Azərbaycanda avtomobil şinlərinin istehsalı sahəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb, bu məqsədlə ölkəmizdə reallaşdırmaq niyyətində olduqları layihəyə dair təqdimat keçirib.

Görüşün sonunda “Azərbaycan İnvestisiya Şirkəti” ASC və CNEEC şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib