Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Abşeron rayonunda aparılan torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib

Tarix:29-10-2018, 19:34

“Abşeron rayonunda aparılan torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib

“Abşeron rayonunun inzibati sərhədləri daxilində aparılmış elektron kadastr uçotu işinin nəticələri və təhlili” barədə forum keçirilib.

“Azərbaycan Respublikasında torpaq münasibətlərin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanın icrası olaraq ölkədə torpaqların elektron kadastr uçotu aparılır.Həmin Fərmana əsasən elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsi işləri Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir.

Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar torpaq və daşınmaz əmlak mülkiyyətçilərinə, icarəçilərə və istifadəçilərinə görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Abşeron rayonunda maarifləndirmə işləri aparılmışdır.

Məlum Fərmanın icrası və ölkədə aparılan torpaqların elektron kadastr uçotu işinin nəticəsi haqqında Abşeron rayon Heydər Əliyev Mərkəzində təqdimat keçirilib.
Təqdimat mərasimində Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerqurluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin müdiri, layihə işçi qrupun rəhbəri Əliqulu Cabbarov, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, torpaq və daşınmaz əmlak mülkiyyətçiləri, fiziki və hüquqi şəxslər iştirak ediblər.

Tədbirin keçirilməsində başlıca məqsəd Abşeron rayonunda kadastr uçot işləri ilə bağlı görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

Abşeron rayonunda kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.

Qeyd edilib ki, rayon ərazisində torpaqların kəmiyyət göstəriciləri ilə paralel, həmçinin torpaqların keyfiyyət göstəricilərinə görə də uçotu aparılıb.
Torpaq və geobotaniki tədqiqatların nəticəsi olaraq, Abşeron rayonunun torpaq xəritəsi, rayonun yay otlaqlarının geobotaniki xəritəsi, rayonun torpaqlarının eroziya xəritəsi tərtib edilib, rayonun kənd təsərrüfatı yerləri üzrə torpaqların keyfiyyət qruplarına görə bölgüsü aparılıb. Layihə çərçivəsində həmçinin torpaq sahələrindən istifadənin səmərəliliyinin artırılmasına dair təkliflər də verilib.

Uçot işi nəticəsində hazırlanmış Abşeron rayonunun bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, təyinatını və keyfiyyət göstəricilərini müəyyənləşdirib. Reallığı əks etdirən bələdiyyə xəritələrinin mövcudluğu bələdiyyələr tərəfindən torpaq vergisinin toplanması işini sistemli şəkildə, qanunla müəyyən edilmiş çərçivələrdə aparmağa imkanlar yaradacaq. Bununla da torpaq idarəçiliyində əhaliyə göstərilən xidmət səviyyəsi, habelə şəffaflıq və operativlik daha da artırılacaq.
Rayonun torpaqlarının iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının hazırlanması isə ərazilərin kənd təsərrüfatı məqsədilə daha səmərəli istifadəsinə imkanlar yaradır. Torpaqların keyfiyyətinin müəyyən edilməsi bu ərazilərdə hansı aqrokimyəvi və meliorativ tədbirlərin aparılması ilə bağlı düzgün qərar verməyə imkan yaradır. Başqa sözlə, uçot işləri, azyararlı torpaqların istifadə olunmasına və rayonun aqrar potensialının artırılmasına kömək edir.
Eyni zamanda, rayonun tərtib edilmiş xəritələrində hüquqmüəyyənedici sənədlə təsdiq olunan ölçüdən artıq istifadə edilən ərazilərin sərhədləri müəyyən edilib ki, bu da istifadədəki uyğunsuzluqları aradan qaldırır, rayonun torpaq idarəçiliyi sahəsində nəzarəti daha da təkmilləşdirir.

Kadastr uçot işlərinin yekunlaşması ilə rayonun əkin, örüş, otlaq sahələrinin hüdudları, əraziləri tam olaraq dəqiqləşib. Müəyyən olunan yeni torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarmaqla rayonun aqrar potensialının daha da artırılmasına zəmin yaradacaq. Bununla da torpaq fondu elmi əsaslarla istifadə və idarə olunur, münbitlik qatın korlanması amilləri aradan qaldırılır, torpaqların kateqoriyalarına uyğun iqtisadi sahələrə cəlb edilməsində effektivlik təşkil edilir.

Torpaqların uçotu işi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasına zəmin yaradacaq. Çıxarışların və dövlət reyestrindən digər arayışların verilməsi işi daha sadə və çevik şəkildə həyata keçiriləcək. Bununla da müştəri məmnunluğu təmin ediləcək. Beləliklə sistemin istismara verilməsi ölkədə kadastr xidmətlərinin də elektron müstəviyə keçirilməsinə imkan verəcək.

Təqdimatın sonunda forum iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib