Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Nobel Oil və Wood Azərbaycanda birgə müəssisə yaradılması barədə müqavilə imzalayıblar

Tarix:1-11-2018, 18:01

Nobel Oil və Wood Azərbaycanda birgə müəssisə yaradılması barədə müqavilə imzalayıblar



Nobel Oil və Wood şirkətləri Azərbaycanın neft-qaz bazarında mühəndis-layihələndirmə və əməliyyatlara dəstək xidmətləri göstərmək məqsədi ilə birgə müəssisə yaradılması barədə müqavilə imzalayıblar.

Birgə müəssisə, Wood şirkətinin mühəndis-layihələndirmə və texniki xidmət imkanlarını, eləcə də Nobel Oil şirkətinin Xəzər regionunda bilik, təcrübə və bacarıqlarını özündə cəmləşdirəcək. Birgə müəssisə əsasən Azərbaycanda dənizdə yerləşən müxtəlif obyektlərdə mühəndis-layihələndirmə, təchizat və tikintinin idarə olunması müqavilələrinin yerinə yetirilməsinə xidmət edəcək.

Birgə müəssisənin yaradılması ilə bağlı, Wood, Nobel Oil və bazarda fəaliyyət göstərən digər şirkətlərin yüksək səviyyəli nümayəndələrinin, eləcə də Böyük Britaniyanın Ticarət və İnvestisiya departamentinin (UKTI) təmsilçilərinin və Böyük Britaniyanın Azərbaycandakı səfiri Dr. Kerol Krofts və digər qonaqların iştirakı ilə 31 oktyabr tarixində Bakıda rəsmi imzalama mərasimi keçirilib.

Wood şirkətinin Avropa, Avstraliya, Amerika və Afrika üzrə Baş İcraçı Direktoru Deyv Styuart şərh edib: "Wood şirkəti, Azərbaycandakı fəaliyyətinin genişləndirilməsinə, müştərilərin ehtiyaclarını dəstəkləyən xidmətlərin göstərilməsinə və yerli təchizat zəncirində ön sırada olmaq üçün əməkdaşlıq qurmağa, yeni imkanların tapılmasına sadiqdir. Nobel Oil şirkəti ilə səylərimizin birləşdirilməsi Azərbaycanda həm mühəndis-layihələndirmə imkanlarımızı artıracaq, həm də yerli işçi qüvvəsi üçün təlim və inkişaf imkanları yaradacaq".

Nobel Oil şirkətinin Baş icraçı direktoru Vüqar Səmədli bildirib: "Birgə müəssisənin yaradılması Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafına xidmət edəcək əhəmiyyətli hadisədir. Yeni birgə müəssisə müştərilərə yüksək səviyyəli xidmətlər göstərmək üçün hər iki şirkətin təcrübə və bacarıqlarını birləşdirəcək. İnanıram ki, bu tərəfdaşlıq hər iki şirkət və bütün sənaye üçün faydalı olacaq”.

Wood şirkəti, enerji və sənaye sahələrində layihələndirmə, mühəndislik və texniki xidmətlərin göstərilməsi üzrə dünya lideridir. Wood, gəliri 10 milyard ABŞ dollarından çox olan, təqribən 60 000 işçinin çalışdığı və 60-dan çox ölkədə fəaliyyət göstərən şirkətdir. 2016-cı ildə Wood şirkəti Azərbaycanda 200 yeni iş yeri yaradaraq BP şirkətinin dənizdəki səkkiz platformasına mühəndis-layihələndirmə xidmətləri göstərmək üçün ümumi dəyəri 500 milyon ABŞ dolları olan 5 illik müqavilə imzalayıb.

Nobel Oil Services neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər. Nobel Oil Services həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir.

Nobel Oil və Wood Azərbaycanda birgə müəssisə yaradılması barədə müqavilə imzalayıblar

Nobel Oil və Wood Azərbaycanda birgə müəssisə yaradılması barədə müqavilə imzalayıblar

Nobel Oil və Wood Azərbaycanda birgə müəssisə yaradılması barədə müqavilə imzalayıblar

Nobel Oil və Wood Azərbaycanda birgə müəssisə yaradılması barədə müqavilə imzalayıblar

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib