Abşeron qəzetinin yeni sayı
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
30-11-2018, 19:46 Oxunub: 280

Xırdalandakı çoxmərtəbəli yaşayış binasının sakinlərinə çıxarışlar təqdim edilib

Xırdalandakı çoxmərtəbəli yaşayış binasının sakinlərinə çıxarışlar təqdim edilib


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 30-da əmlakın qeydiyyatı xidmətlərini vətəndaşa daha yaxın edən növbəti çıxarış kampaniyası keçirilib. “Kütləvi çıxarış” kampaniyasının budəfəki ünvanı Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binası olub.


Məlumata əsasən, bina sakinlərinə yaşadıqları ünvanda mənzillərinə dair çıxarışlar təqdim edilib. Kampaniya çərçivəsində mobil qeydiyyat ofisləri vasitəsilə bir girişli 16 mərtəbəli binada yaşayan 40-a yaxın mənzil sahibinə çıxarışlar verilib. Həmçinin 60-a yaxın sakindən çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edilib.

Kampaniya çərçivəsində vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı proseduralar və qanunvericiliyin tələbləri ilə bağlı hüquqi yardımlar da göstərilib.

Qeyd olunub ki, respublikada yeni inşa edilmiş çoxmərtəbəli binalarda mənzillərə dair çıxarışların verilməsi çox sadə prosedurlarla həyata keçirilir. Belə ki, binanın istismara qəbul icazəsi olduğu təqdirdə, mənzil sahibləri tikinti kooperativi ilə imzalanmış protokoldan çıxarışı və maliyyə arayışını reyestr xidmətinin ərazi ofislərinə təqdim etməklə çıxarışlarını ala bilərlər. Həmçinin yeni inşa edilmiş binalarda mənzil alarkən, öncədən elektron qaydada bu binada yerləşən mənzillərin çıxarışının olmasını öyrənmək imkanları yaradılıb.

Bu məlumatları çox rahat şəkildə komitənin www.e-emdk.gov.az elektron xidmətlər portalından əldə etmək mümkündür. Belə kampaniyaların vətəndaşların ünvanlarında keçirilməsi onlar üçün daha optimal şərait yaradır. Çıxarışların ünvanlarda təqdim olunması insanlara gündəlik məişət və işgüzar fəaliyyətlərini yerinə yetirmələri üçün əlavə vaxt qazandırır.

Xırdalandakı çoxmərtəbəli yaşayış binasının sakinlərinə çıxarışlar təqdim edilib
Xırdalandakı çoxmərtəbəli yaşayış binasının sakinlərinə çıxarışlar təqdim edilib
Xırdalandakı çoxmərtəbəli yaşayış binasının sakinlərinə çıxarışlar təqdim edilib
XƏBƏR LENTİ
Bu gün, 15:38 | Çox çay və qəhvə içənlərə həkimdən QORXUNC XƏBƏRDARLIQ: Sümükləriniz əriyirBu gün, 15:25 | Prezidentin imzaladığı sərəncamlar ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidirBu gün, 15:14 | Azərbaycanda dövlət qulluğunun ən müasir tələblər səviyyəsinə qaldırılması üçün məqsədyönlü iş aparılırBu gün, 15:03 | Azərbaycanın Rusiya ilə dövlət sərhəd xəttinin yüksək dağlıq əraziləri sərhəd nişanları ilə işarələnəcəkBu gün, 15:01 | Elmar Məmmədyarov: Azərbaycan QDİƏT-ə üzv olan ölkələrdə sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırırBu gün, 15:00 | Gürcüstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlibBu gün, 14:59 | Azərbaycan Ordusunda döyüş postlarının növbətçi heyətləri arasında müsabiqə keçirilibBu gün, 12:52 | Abşeronlu gənclər istifadə etmədikləri geyimlərini ehtiyacı olan gənclərə bağışladılarBu gün, 11:55 | Sağlamlığı qorumaq istəyənlər qarpız yesin! Nəhəng giləmeyvənin 7 faydasıBu gün, 11:47 | Sona Əliyeva: Prezident İlham Əliyev sosial rifahın yüksəldilməsi üçün davamlı tədbirlər həyata keçirirBu gün, 10:12 | Ürəyinizin döyüntü sayı bu xəstəliklərdən xəbər verir - Türkiyəli kardioloq açıqladıBu gün, 10:11 | Təzyiqin aşağı salınmasının ən sadə üsulu. Dərmansız!Bu gün, 10:09 | Körpənin dırnağını necə kəsmək lazımdır?Bu gün, 10:07 | Mitsubishi şirkətindən süni intellektə malik danışma-tanıma texnologiyasıBu gün, 10:00 | 10 dəqiqəlik enerji ilə 300 kilometrlik yol üçün batareyaBu gün, 09:58 | Virtual həqiqət ilə hüceyrələrin içində səyahətDünən, 17:15 | Abşeron rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olunduDünən, 16:19 | Qarpızı alanda kəsdirməyin! ZİYANLARIDünən, 16:18 | Millət vəkili: Bu sərəncam əhalinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əsl inqilabdırDünən, 16:17 | Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcəkDünən, 14:51 | Məşhur psixoloqdan sağlam və möhkəm münasibət qurmağın 22 QAYDASIDünən, 14:48 | Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb