Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda növbəti təlim kursuna başlayıb

Tarix:4-12-2018, 17:53

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda növbəti təlim kursuna başlayıb


Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün “Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” layihəsi üzrə 5-ci təlim kursuna başlanıb.

Bu dəfəki təlim “Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi” mövzusundadır.

Təlim kursunun başlanılması ilə əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin proritetləri sırasında işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təminatı, xüsusilə də sosial cəhətdən həssas qrupların aktiv sosial müdafiə tədbirləri ilə əhatə olunmaqla əmək bazarına çıxışına şərait yaradılması mühüm yer tutur. Dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda da sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi əsas istiqamətlərdən biri kimi əksini tapıb.

A.Əliyev bu istiqamətdə Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilən tədbirləri qeyd edib, həmçinin özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər arasında sosial cəhətdən həssas qruplara üstünlük verildiyini deyib. Ötən dövrdə BƏT-lə geniş əməkdaşlıq gündəliyinin formalaşdığını diqqətə çatdıran nazir müavini gələn il BƏT-in 100 illik yubileyinin qeyd olunacağını, ölkəmizdə də bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

O, təşkilatla birgə icra olunan Layiqli Əmək üzrə Ölkə Proqramının Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə, o cümlədən məşğulluq orqanları əməkdaşlarının bilik və peşəkarlığının artırılmasına mühüm dəstək olduğunu vurğulayıb. A.Əliyev bu məqsədlə beynəlxalq ekspetlərin iştirakı ilə ardıcıl olaraq təşkil edilən təlim kurslarının əhəmiyyətindən bəhs edib. Nazir müavini hazırkı təlim kursunun sosial cəhətdən həssas qrupların əmək bazarına çıxışının dəstəklənməsi kimi vacib iş sahəsində məşğulluq orqanları işçilərinin bilik və səriştələrinin artırılması, bu sahədə dünyanın qabaqcıl təcrübələrinin öyrənilməsi baxımından faydalı olduğunu qeyd edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin məşğulluq üzrə baş mütəxəssisi Mixail Puşkin dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin artırılmasının və əməkdaşların peşəkar bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıb, bu məqsədlə BƏT-in dəstəyi ilə belə təlim kurslarının təşkilinin önəmindən bəhs ediblər.

Sonra M.Puşkin “Dəyişən əmək bazarında Məşğulluq Xidməti orqanları. BƏT-in 100 illik yubileyi və “Əməyin gələcəyi” təşəbbüsünə ümumi baxış” mövzusunda təqdimatla çıxış edib. Təlim kursu ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Fuad Musayevin moderatorluğu ilə davam edib. BƏT-in “MDB-də Gənclərin Məşğulluğu üzrə Tərəfdaşlıq” layihəsinin rəhbəri Ramiro Pizarronun “Sosial cəhətdən həssas qruplara xidmətlər və Məşğulluq Xidməti orqanları tərəfindən onların əmək bazarına daxil edilməsi” mövzusunda təqdimat olub.

Dörd gün davam edəcək təlim kursunda Norveçin İşəgötürənlər təşkilatının nümayəndəsi Paul Haavorsen (“Əlilliyi olan şəxslərin əmək bazarına daxil edilməsi sahəsində Norveç təcrübəsi”), BƏT-in baş mütəxəssisi Valentin Mokanu və Yuriy Qertsiy (“Əməyin təftişi və sosial cəhətdən həssas qrupların əmək bazarına inteqrasiyası”), Avstriya Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Helena Senqstbratl və İsveç Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Kleas Qoran Lok (“İş təcrübəsi olmayan gənc məzunlar üçün məşğulluq xidmətləri portfeli”), ƏƏSMN-nin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin əməkdaşı Nizami Hüseynli (“Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi üçün Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilən aktiv əmək bazarı proqramları”) və digər beynəlxalq və yerli ekspertlər tərəfindən təqdimatların edilməsi, qrup işinin aparılması nəzərdə tutulub.

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda növbəti təlim kursuna başlayıb

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda növbəti təlim kursuna başlayıb

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda növbəti təlim kursuna başlayıb

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda növbəti təlim kursuna başlayıb

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda növbəti təlim kursuna başlayıb

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda növbəti təlim kursuna başlayıb

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda növbəti təlim kursuna başlayıb

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda növbəti təlim kursuna başlayıb

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib