Yaxın zamanlarda “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” imzalanacaq.
Bu barədə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana deyib.
O bildirib ki, bu Saziş iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcək və tərəflərin inteqrasiyasını sürətləndirəcək.