Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Nazir Azərbaycanda biznesin istənilən sahəsi və növü ilə məşğul olmağa şərait var

Tarix:18-02-2019, 20:33

Nazir Azərbaycanda biznesin istənilən sahəsi və növü ilə məşğul olmağa şərait var


Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti sahibkarların biznesin istənilən sahəsi və növü ilə məşğul olmasına imkan verir.

Bunu “Vergilər. Şəffaflıq. İnkişaf” forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, 2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizmi qeyri-neft sektorunda özəl investisiyaların artımına ciddi töhfə verir. İndiyədək investisiya təşviqi sənədi verilmiş 345 layihəyə 3 milyard manata yaxın investisiya qoyuluşu və 22 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur.

Ş.Mustafayev vurğulayıb ki, 2018-ci ildə özəl bölmənin ÜDM-də payı 84%-ə çatıb, məşğulluqdakı payı isə 76% təşkil edib:

"Son bir ildə vergi inzibatçılığı sahəsində ciddi və əsaslı islahatlar aparılıb, vergi yükünün səmərəli tənzimlənməsində əhəmiyyətli işlər görülüb, vergi qanunvericiliyi təkmilləşdirilməklə vergitutma optimallaşdırılıb, dövlət vergi orqanlarının fəaliyyəti daha da müasirləşdirilib, vergi ödəyiciləri ilə mütərəqqi işgüzar münasibətlər formalaşdırılıb, institusional dəyişikliklər aparılıb, kadr potensialı və maddi-texniki təminat gücləndirilib. Hazırda Vergilər Nazirliyində informasiya-kommunikasiya texnologiyalarının son yeniliklərinin istifadə olunması, vergi ödəyiciləri ilə münasibətlərin elektronlaşdırılması işləri uğurla davam etdirilir. Vergi xidmətlərinin göstərilməsində rəqəmsallaşma və elektronlaşmanın tətbiqinin genişləndirilməsi daimi prosesə çevrilib".

O qeyd edib ki, ölkədə sahibkarlığın və iqtisadi inkişafın dəstəklənməsi, özəl investisiyaların təşviqi, vergidən yayınmanın azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə ünsiyyətin minimumlaşdırılması, vergi güzəştlərinin optimallaşdırılması, startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması və inkişafı üçün Vergi Məcəlləsində aparılan mütərəqqi dəyişikliklər mühüm önəm kəsb edir. Odur ki, Avropa İttifaqının Azərbaycanda biznes mühitinin qiymətləndirilməsində iştirak etmiş şirkətlər son dəyişikliklər fonunda vergi islahatlarının aparılacağına və vergi orqanlarına olan etimadın artacağına olduqca nikbindirlər.

Ş.Mustafayev deyib ki, dövlət başçısının rəhbərliyi ilə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən kompleks işlər nəticəsində Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın ən islahatçı ölkə kimi dəyərləndirilməsi çox böyük nailiyyətdir: "Hesabatda Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı meyarlarda ölkəmiz əhəmiyyətli dərəcədə irəliləyib, "biznesə başlama" meyarı üzrə dünyada 9-cu, "vergilərin ödənişi" meyarı üzrə isə 28-ci yerdə qərarlaşıb. Avropa İttifaqının Azərbaycanda biznes mühitinin qiymətləndirilməsində iştirak etmiş şirkətlərin 66%-i “Azərbaycanda yenidən investisiya qoyardınızmı?“ sualına müsbət cavab verib, 89%-i isə Azərbaycanda növbəti 1-2 il ərzində fəaliyyətlərinin böyüyəcəyini və ya sabit qalacağını bildiriblər. Bu, bir daha onu göstərir ki, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar investorların iqtisadiyyatımıza etibarını artırır və onların gələcək fəaliyyət planlarını genişləndirir".

Nazir eyni zamanda vurğulayıb ki, vergilər sahəsində, xüsusilə də vergitutma sistemində şəffaflığın daha da genişlənməsi istiqamətində aparılan islahatların tam effektivliyinə nail olmaq üçün sahibkarlıq fəaliyyətində sahibkarlar tərəfindən də dürüstlüyün təmin edilməsi, maliyyə hesabatlarının və uçotun düzgün aparılması, vergiödəmə mədəniyyətinin yüksəldilməsi tələb olunur: "Bu, yalnız birtərəfli və inzibati yolla ola bilməz. Ancaq qarşılıqlı həmrəylik olduğu halda şəffaflıq və inkişaf təmin oluna bilər".

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir