Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Tarix:30-03-2019, 15:55

Energetika Nazirliyində kollegiya iclası keçirilib


Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib.

İclasda qaz təchizatı sahəsində mövcud vəziyyət, problemlərin aradan qaldırılması və sistemin dayanıqlı inkişafının təmin edilməsi, eləcə də icra intizamı, vətəndaşların qəbulu və müraciətlərin baxılması məsələlərinə dair müzakirələr aparılıb.

Bu gün Azərbaycanın, həmçinin qaz ölkəsi kimi tanındığını deyən energetika naziri bildirib ki, ölkədə təbii qaza olan daxili tələbat tam ödənilir. Həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi hazırda 95,7 faizə çatdırılıb. Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı istiqamətində tədbirlər görülür.

Nazir qaz təchizatının yaxşılaşdırılması, qaz itkisinin azaldılması, əhalinin qaz təchizatı şəbəkəsinə qoşulmasının asanlaşdırılması, habelə qaz qurğularının təhlükəsiz və etibarlı istismarı ilə bağlı görülən işlərdən bəhs edib.

Sonra neft-qaz siyasəti şöbəsinin müdiri Elxan Həşimovun qaz təchizatı sahəsində görülən tədbirlərə dair məruzəsi dinlənilib. Ölkənin qaz nəqli infrastrukturu, qazpaylayıcı şəbəkə, yeraltı qaz anbarları, qaz itkisi, qaz emalı və texniki baxışla əlaqədar mövcud vəziyyət və yeni təkliflər diqqətə çatdırılıb.

Kollegiya iclasında, həmçinin vətəndaşların qəbulu və müraciətlərə baxılması məsələlərinə xüsusi diqqət yetirilib. Bildirilib ki, aprel ayından başlayaraq energetika naziri tərəfindən vətəndaşların regionlarda qəbulu həyata keçiriləcək.

Cari ilin yanvar-mart ayları ərzində Energetika Nazirliyində inzibati xətalar haqqında 109 işə baxılıb. Bu müddətdə nazirliyə ümumilikdə 2246 müraciət daxil olub ki, bunlardan 709-u vətəndaş müraciətidir. İclasda müraciətlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn tapşırıqların icra vəziyyəti də nəzərdən keçirilib.

Yekunda energetika naziri 2019-cu ildə energetika sektorunda qarşıda duran vəzifələrin icrasının təmin edilməsi üçün nazirliyin bütün struktur bölmələrinə müvafiq tapşırıqlar verib.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır