Qazaxıstan Azərbaycan, Tacikistan, Özbəkistan və Rusiyaya buğda ixracını artırıb.
Qazaxıstan yanvarda 691,8 min ton buğda və meslin ixrac edib, bu keçən ilin eyni ayı ilə müqayisədə 35,1 faiz çoxdur. İxracın dəyəri 116,7 milyon ABŞ dolları təşkil edir, bu da 52,5 faiz artım deməkdir.
Bu ilin ilk ayında Qazaxıstanın buğda ixrac etdiyi əsas ölkələr bunlardır: Özbəkistan – 290,7 min ton (keçən ilin yanvarına nisbətən 27,2 faiz çox), Tacikistan – 118,4 min ton (73,1 faiz artım) və Azərbaycan (4,7 dəfə artım).
Türkmənistana 52,5 min ton buğda göndərilib. Qazaxıstanın Rusiyaya buğda ixracı 3,7 dəfə artaraq 25,9 min tona, Qırğızıstana isə 10,1 faiz çoxalaraq 10,9 min tona çatıb. Belarusa 0,6 min ton Qazaxıstan buğdası ixrac edilib.