Abşeron rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində Xırdalan şəhərində təşkil olunan növbəti iməcilik və ağacəkmə aksiyası ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına yönəldilib.
Abşeron RİH tərəfindən Xırdalan şəhərində təşkil olunan aksiyada ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və 400 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilib.
Keçirilən iməçilik zamanı Həsən Əliyev küçəsində təmizlik-abadlıq işləri aparılıb, əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, ərazi alaq otları, tullantı, metal qırıntısı və digər lazımsız əşyalardan təmizlənib..