Abşeron qəzetinin yeni sayı
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
26-04-2019, 12:29 Oxunub: 263

İyunda Azərbaycanda daha bir beynəlxalq konfrans baş tutacaq

İyunda Azərbaycanda daha bir beynəlxalq konfrans baş tutacaq

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev aprelin 25-də Sankt-Peterburq şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Görüş Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı çərçivəsində baş tutub.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ÜGT-nin Baş katibi Kunio Mikuriyanın bu ilin yanvarında Azərbaycana səfərindən sonra onunla yenidən görüşməkdən məmnun olduğunu bildirib. ÜGT ilə Azərbaycan gömrüyü arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən Komitə sədri, bu əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən davamlı islahatlardan bəhs edən Səfər Mehdiyev, eyni zamanda, gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsindən söhbət açıb. Qeyd edilib ki, gömrük sistemində şəffaflığın təmin olunması və korrupsiya ilə mübarizə sahəsində atılan qətiyyətli addımların nəticəsi olaraq həm fiskal, həm də hüquqpozmalara qarşı mübarizə istiqamətində ciddi nailiyyətlər əldə olunub.

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ÜGT ilə Azərbaycan gömrüyü arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib. Azərbaycanın ÜGT-nin ən fəal üzvlərindən biri olduğunu vurğulayan Baş katib təmsil etdiyi qurumun bir neçə mərkəzinin Azərbaycanda yerləşməsini qarşılıqlı səmərəli əlaqələrin, Azərbaycan gömrüyünün beynəlxalq səviyyədə gömrük işinə verdiyi töhfələrin nəticəsi kimi yüksək qiymətləndirib.

ÜGT rəhbəri Azərbaycan gömrüyündə islahatların davam etdiriləcəyinə və təmsil etdiyi qurumla səmərəli əlaqələrin bundan sonra daha da güclənəcəyinə əminliyini ifadə edib.

Görüşdə, eyni zamanda, bu ilin iyununda Azərbaycanda baş tutacaq informasiya texnologiyaları sahəsində beynəlxalq konfransın təşkili, həyata keçirilən hazırlıq tədbirləri ilə bağlı məsələlər müzakirə edilib.
İyunda Azərbaycanda daha bir beynəlxalq konfrans baş tutacaq

İyunda Azərbaycanda daha bir beynəlxalq konfrans baş tutacaq
XƏBƏR LENTİ
Dünən, 15:48 | İlin əvvəlindən Abşeron rayonunda 54 nəfərə işsizlikdən sığorta ödənişi təyin olunubDünən, 15:41 | İradə Gülməmmədova vətəndaşların fərdi qəbulunu keçirdiDünən, 15:10 | Abşeron rayonunda internet abunəçilərinin sayı 40 mini ötüb19-05-2019, 22:32 | Abşeronda “Alovlu Qafqaz” Uşaq və Gənclərin Beynəlxalq Rəqs və Yaradıcılıq Festivalı keçirilib.19-05-2019, 21:59 | Saray qəsəbəsində iftar süfrəsi təşkil olundu17-05-2019, 17:20 | İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü16-05-2019, 12:49 | Qobunun Xalq Çalğı Alətləri orkestri konsert verib16-05-2019, 10:01 | AQTA Abşeronda heyvandarlıqla məşğul olan sahibkarlarla görüş keçirib15-05-2019, 16:46 | Qobuda yaşayan çoxuşaqlı Məmmədovlar ailəsinə baş çəkilib15-05-2019, 16:17 | Digah bağçasında Savad təlimi üzrə açıq məşğələ keçirildi.15-05-2019, 16:12 | Qobu Polis Bölməsinin inzibati binasının açılışı olub14-05-2019, 20:25 | Bütün fəsillər gözəldir adlı "açıq məşğələ" keçirilib13-05-2019, 20:15 | “Loqos” un Xırdalan filialı açılıb12-05-2019, 11:38 | Xırdalanın və Gürcüstanın musiqi məktəbləri birgə konsert proqramı təqdim ediblər10-05-2019, 23:03 | Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü 17 saylı bağçada da qeyd edildi10-05-2019, 20:04 | Abşeronda Heydər Əliyevin doğum gününə həsr olunmuş silsilə idman yarışları keçirilib.10-05-2019, 19:35 | Abşeronda Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat turniri keçirilib-FOTOLAR10-05-2019, 19:28 | Abşeronda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə bağlı tədbir keçirildi10-05-2019, 19:08 | Əlil Döyüşçüləri Futbol Federasiyasının komandalarının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yarışı9-05-2019, 23:29 | Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar taekvondo üzrə rayon birinciliyi keçirilib9-05-2019, 23:14 | Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş İdmanın Futbol növü üzrə rayon birinciliyinə yekun vurulub9-05-2019, 22:08 | Heydər Əliyevin doğum günü 1 saylı uşaq bağçasında da qeyd edilib