Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Hindistan şirkəti Azərbaycanda alternativ və bərpaolunan enerji sektorunda əməkdaşlığa maraq göstərir

Tarix:7-06-2019, 19:07

Hindistan şirkəti Azərbaycanda alternativ və bərpaolunan enerji sektorunda əməkdaşlığa maraq göstərir

Energetika Nazirliyində Hindistanın “JITO” təşkilatının baş katibi və alternativ enerji sahəsində fəaliyyət göstərən “Refex” qrupunun icraçı direktoru Anil Jainin rəhbərlik etdiyi hindistanlı iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

A.Jain Azərbaycanda bir çox sahələrlə yanaşı, alternativ və bərpaolunan enerji sektorunda əməkdaşlığa maraq göstərdiklərini diqqətə çatdırıb. Bildirilib ki, “Refex Energy” Hindistanda günəş enerjisini inkişaf etdirmək üçün təsis edilib. Şirkət günəş enerjisi layihələrini istismar və texniki xidmətlərlə təmin edir, fotovoltaik günəş enerjisi stansiyasının qurulması üçün müasir mühəndislik, satınalma və tikinti xidmətləri daxil olmaqla bir sıra təkliflər paketi təqdim edir.

Energetika nazirinin müavini Samir Vəliyev alternativ və bərpaolunan enerji sahəsinin inkişafı, bu sahədə layihələrin həyata keçirilməsinin Energetika Nazirliyinin qarşısında duran əsas vəzifələrindən biri olduğunu qeyd edib. Bildirilib ki, ölkədə bərpaolunan enerji sahəsinin inkişafı üçün böyük potensial var, günəş və külək enerjisindən istifadə sahəsində əlverişli iqlim şəraitinin olması bu istiqamətdə layihələrin həyata keçirilməsinə imkan verir.

S.Vəliyev bərpaolunan enerji sahəsində görülmüş işlər, müvafiq ərazilərin seçilməsi, bu ərazilərdə ölçmə işlərinin aparılması barədə məlumat verib. Qeyd edib ki, bu sahədə qanunvericilik bazası hazırlanır, gələn ilin ortalarında isə bərpaolunan enerji sahəsində hərracların keçirilməsi planlaşdırılır. Bununla bağlı bir sıra potensial investorlarla görüşlər keçirilir və gələcəkdə görüləcək işlərin aspektləri müzakirə edilir.

Bildirilib ki, Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir və ətraf mühitin qorunması, ənənəvi enerji mənbələrindən səmərəli və qənaətlə istifadə edilməsi baxımından bərpaolunan enerji mənbələrinin inkişafı, bu sahənin investorlar üçün cəlbediciliyinin artırılması vacibdir.

Görüşdə ölkədə mövcud bərpaolunan enerji potensialı, külək və günəş enerjisi sahəsində görülən işlər barədə qonaqları maraqlandıran suallar cavablandırılıb, iki ölkə arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib