Abşeron qəzetinin yeni sayı
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
19-06-2019, 14:48 Oxunub: 198

Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb

Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Əmək Konfransının 108-ci sessiyası çərçivəsində İran İslam Respublikasının Kooperativlər, Əmək və Sosial Rifah naziri Məhəmməd Şariatmadari və İndoneziya Respublikasının İşçi Qüvvəsi naziri Muhammad Hanif Dhakiri ilə görüşüb.

Görüşlərdə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da iştirak edib.

S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları, ölkəmizdə sosial sahədə aparılan islahatlar, rifah halının yaxşılaşdırılması sahəsində atılan addımlar barədə məlumat verib.

O, ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, tibbi və sosial reabilitasiya imkanlarının artırılması, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Bildirib ki, 2013-cü ilin aprel ayında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakı şəhərində keçirilmiş ikinci konfransında Prezident cənab İlham Əliyevin İƏT-in mənzil-qərargahı Bakı şəhərində olmaqla Əmək Mərkəzinin yaradılması barədə təklifi yekdillə dəstəklənib.

Ötən dövrdə həmin Mərkəzin təsis olunması üçün müvafiq işlər aparılıb.

Hər iki görüşdə İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılmasının əlaqələrin genişlənməsində mühüm rol oynayacağına dair yekdil fikir ifadə olunub.

Görüşlərdə əmək, məşğulluq, sosial müdafiə sahəsində əlaqələrin mövcud vəziyyəti müzakirə olunub, bu sahələrdə gələcək əməkldaşlığa dair fikir mübadilələri aparılıb.

Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb

Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb

Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb
XƏBƏR LENTİ
Bu gün, 12:29 | İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdiBu gün, 11:38 | Limon qaraciyərin işini yaxşılaşdırırBu gün, 11:37 | Prezident İlham Əliyev: Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidirBu gün, 11:36 | "Prezidentimiz tərəfindən mətbuata xüsusi diqqət və qayğı göstərilir"Bu gün, 10:32 | 2023-cü ilədək “5G” smartfonların payı 50%-i ötəcəkBu gün, 10:31 | Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıbBu gün, 10:30 | Akademik: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlarBu gün, 10:29 | 22 İyul - Milli Mətbuat Günüdür19-07-2019, 15:45 | İradə Gülməmmədova Çeyranbatan qəsəbə sakinlərilə növbəti dəfə görüşdü19-07-2019, 12:50 | Kompyuter arxasında oturarkən əməl edəcəyiniz qaydalar...19-07-2019, 11:42 | Sağ qabırğaaltı nahiyəsində ağrılar. TƏHLÜKƏLİ SİMPTOM19-07-2019, 11:41 | Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb19-07-2019, 11:40 | Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib19-07-2019, 10:22 | Eyni yağda ikinci dəfə qızartmayın! Ölümcül TƏHLÜKƏ19-07-2019, 10:21 | Böyrəklərə zərər verən 7 vərdiş - MÜTLƏQ OXUYUN! / Video19-07-2019, 10:20 | Azərbaycan idmançısı Paralimpiya Oyunlarına lisenziya qazanıb18-07-2019, 15:55 | Abşeron rayonunda sahibkarlarla görüş keçirildi18-07-2019, 14:28 | Tbilisidə azərbaycanlı fotoqrafın sərgisi açılıb18-07-2019, 11:41 | Arıqladır, gözləri, bağırsaqları qoruyur... – Üzüm yarpağının bilmədiyiniz faydaları18-07-2019, 11:40 | Pətək havası ilə müalicə bir çox xəstəliklərin çarəsidir18-07-2019, 10:49 | Qanı təmizləyən və arıqlamağa kömək edən MEYVƏ18-07-2019, 10:48 | Nənələrimizin müalicə vasitəsi - KƏLƏM YARPAĞI