İyulun 25-də Bakıda “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” adlı konfrans keçiriləcək.
Konfransın məqsədi Milli məkan məlumatları infrastrukturunun formalaşdırılması, idarə olunması, aktuallığının təmin edilməsi, inteqrasiyası və mühafizəsi ilə bağlı işləri daha da təkmilləşdirmək, sistemin yaradılması ilə əlaqədar qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.