Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Çin şirkətlərinin Azərbaycana marağı artır

Tarix:24-07-2019, 16:01

Çin şirkətlərinin Azərbaycana marağı artır

İqtisadiyyat naziri Şahin Mustafayev Çinin “China CAMCE Engineering Co. Ltd.” şirkətinin vitse-prezidenti Vang Yuhanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını vurğulayan Ş.Mustafayev Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi, keçirilən görüşlər və aparılan danışıqların ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını qeyd edib. Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri inkişaf edir, əlverişli biznes mühitinə malik Azərbaycanda müxtəlif sahələr üzrə Çin şirkətləri fəaliyyət göstərir, birgə layihələr reallaşdırılır. Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağının artmasının nəticəsi olaraq, bu ilin aprelində “China CAMCE Engineering Co. Ltd.” şirkəti və müvafiq sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri arasında əməkdaşlıq barədə sənədlər imzalanıb.

“China CAMCE Engineering Co. Ltd.” şirkətinin vitse-prezidenti V.Yuhanq Çin iş adamlarının Azərbaycandakı əlverişli biznes və investisiya mühitinə maraq göstərdiyini diqqətə çatdırıb, təmsil etdiyi şirkətin fəaliyyəti, ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan layihələri barədə məlumat verib.

Görüşdə “China CAMCE Engineering Co. Ltd.” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda aqrar-sənaye parkının yaradılması, birgə emal müəssisələrinin təşkili, sənaye parklarında və məhəllələrində iştirak, kənd təsərrüfatı və məişət texnikasının istehsalı sahələrinin yaradılması barədə müzakirələr aparılıb.

Azərbaycana səfər çərçivəsində “China CAMCE Engineering Co. Ltd.” şirkətinin nümayəndələri Hacıqabul və Sabirabad sənaye məhəllələrində sahibkarlar üçün yaradılan əlverişli şəraitlə tanış olublar. Onlara sənaye məhəllələrində həyata keçirilən layihələr barədə məlumat verilib.

Qeyd edək ki, mühəndislik, satınalma və tikinti üzrə ixtisaslaşan “China CAMCE Engineering Co. Ltd.” şirkəti sənaye, kənd təsərrüfatı, enerji, neft-kimya, su mühəndisliyi, kommunikasiya və dağ-mədən sahələrini əhatə edən 100-dən çox beynəlxalq layihənin icraçısıdır. 140 ölkədə nümayəndəliyi olan şirkətdə 100 minədək işçi çalışır.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib