Abşeron qəzetinin yeni sayı
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
21-11-2019, 18:53 Oxunub: 207

Abşeron rayonunda şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 50 mənzil verilib

Abşeron rayonunda şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 50 mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış tam təmirli 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.

Mənzillərin açarlarının təqdim olunması mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq, həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Həmin tədbirlər sırasında mənzillə təminat proqramı xüsusi yer tutur.

2018-ci ildə şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla, 626 mənzil təqdim edilibsə, 2019-cu ildə onlara 934 mənzilin və fərdi yaşayış evinin verilməsi planlaşdırılıb. Artıq bu ilin ötən dövründə 347 mənzil və fərdi ev vətəndaşların istifadəsinə verilib.

V.Nəsirli qeyd edib ki, bu istiqamətdə tədbirlər ardıcıl şəkildə davam etdirilir. Şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə indiyədək nazirlik tərəfindən 7 mindən çox mənzil və fərdi ev verilib. Təqdim edilən mənzillərdə, fərdi yaşayış evlərində müasir şərait yaradılıb və qarşıdakı dövrdə də mənzillə təminat proqramı uğurla davam etdiriləcək.

Nazir müavini bildirib ki, 2018-ci ildə 265 müharibə əlilinə avtomobil verilib. Cari ildə isə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi planlaşdırılıb. Bu ilin ötən dövründə onlardan artıq 427 avtomobil müharibə əlillərinə təqdim edilib. Beləliklə, indiyədək nazirlik tərəfindən bu kateqoriyadan olan vətəndaşlara 6400-dək minik avtomobili verilib.

Tədbirdə qeyd edilib ki, sosial sahədə inqilabi addımlar olaraq cari ildə ölkəmizdə minimum əməkhaqqı iki dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdləri orta hesabla 100 faiz artırılıb. Bu və digər mühüm sosial önəm kəsb edən tədbirlər ümumilikdə 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub. Eyni zamanda, Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə və 20 Yanvar əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis olunub.

Mənzillərlə təmin edilən vətəndaşlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə və 20 Yanvar əlillərinə böyük qayğısının daha bir təzahürü kimi, müasir tələblərə uyğun yaşayış şəraitinə malik mənzillərin onlara təqdim edilməsindən sevinc hissi keçirdiklərini vurğulayıblar. Onlar həmişə özlərini dövlətin qayğısı əhatəsində hiss etdiklərini və bu qayğının ildən-ilə artdığını bildirib, dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

XƏBƏR LENTİ
Bu gün, 16:47 | Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edibBu gün, 15:43 | İradə Gülməmmədovanın Novxanı kənd sakinləri ilə səyyar qəbulu keçirilibBu gün, 13:16 | “Azərişıq” Xırdalanda elektrik enerjisi şəbəkəsini yeniləyirBu gün, 13:12 | Abşeron və İsmayıllı musiqi məktəblərinin dostluq əlaqələri genişlənirBu gün, 12:52 | Təhsil Nazirliyi: Xırdalan şəhərində vətəndaşlar qəbul ediləcəkDünən, 17:51 | Abşeronda Beynəlxalq Könüllülər Günü qeyd olundu - FOTOLAR3-12-2019, 20:53 | Məhəmməd Həsənov doğum günündə təltif olundu3-12-2019, 08:28 | Komitə sədri Hicran Hüseynova Abşeronda vətəndaşları qəbul edəcək2-12-2019, 19:40 | Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi2-12-2019, 18:17 | İradə Gülməmmədova 100-ə yaxın vətəndaşın fərdi şəkildə qəbulunu keçirdi1-12-2019, 11:08 | Abşeron idmançısı ən gənc boksçu titulunun və Azərbaycan birinciliyinin sahibi oldu1-12-2019, 10:45 | Xırdalanın mərkəzi prospekti təmir olunacaq - ATV1-12-2019, 10:32 | Abşeronun 2 komandası “Xəmsə” milli intellektual oyununun qalibi oldu30-11-2019, 15:41 | İradə Gülməmmədova Xırdalan şəhər “Cümə” məscidində ağsaqqallar və dindarlarla görüşdü29-11-2019, 15:02 | Səfər Mehdiyev Xırdalan şəhərində vətəndaşları qəbul edib29-11-2019, 13:26 | Abşeron musiqi məktəblərinin kollektivləri Gürcüstanda maraqlı konsert proqramı ilə çıxış ediblər28-11-2019, 16:48 | Görədil kəndində narkomaniyaya qarşı tədbir keçirilib28-11-2019, 16:21 | Minlərlə Abşeronlu sosial şəbəkələrdə cənab Prezidentə təşəkkür etdi28-11-2019, 15:05 | İradə Gülməmmədova növbəti dəfə Fatmayı sakinlərilə görüşdü27-11-2019, 17:38 | Prezidentdən Xırdalan sakinlərinə ŞAD XƏBƏR27-11-2019, 15:49 | Milli Amalçılarla görüşlərə start verildi26-11-2019, 17:00 | “Nə gözəldir barlı payız” adlı açıq məşğələ keçirilib