Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Saray bələdiyyəsi qəsəbənin abadlıq-quruculuq işlərində yaxından iştirak edir

Tarix:9-03-2020, 12:48

Saray bələdiyyəsi qəsəbənin abadlıq-quruculuq işlərində yaxından iştirak edir

Son iki ayda Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığına əsasən Saray qəsəbəsinin Rəsul Rza, Cabir Novruz, Mirzə Şəfi Vazeh və 20-yə yaxın küçəsinə rayonun daxili imkanları hesabına asfalt qırıntısı və çınqıl tökülərək yayılıb, M.Müşfiq və M.Ə.Rəsulzadə küçələrində isə cari təmir işləri aparılıb. Bütün bunlarla yanaşı qəsəbə ərazisində bərk məişət tullantılarının gün ərzidə iki dəfə yığılması, daşınması təşkil edilib.

Saray qəsəbə bələdiyyəsinin sədri Məhi Həsənov bildirib ki, hazırda bələdiyyələrin büdcəsi əmlak və torpaq vergisindən formalaşır. Hər bir mülk sahibi Yerli vergi və ödənişləri vaxtlı vaxtında ödəyərsə və Bələdiyyə büdcəsində maliyyə toplanarsa qəsəbəmizin problemləri vaxtında və dərhal həll olunar.

M.Həsənov əmlak və torpaq vergisinin ildə bir dəfə ödənildiyini bildirib. Bələdiyyə o vəsaitləri bələdiyyə ərazisinin abadlaşdırılmasına, yolların asfaltlaşdırılmasına, humanitar yardımlara və s. xərcləyir. Onun sözlərinə görə, qəsəbədə vətəndaşlar vergilərin ödənilməsi üçün e-manat terminallarından istifadə edə bilərlər: " O terminallarda "Digərləri" sözünə toxunarkən "Bələdiyyə vergiləri və ödənişləri sistemi" çıxır. Vətəndaşlar oradan yaşadığı bələdiyyəni, sonra əmlak vergisi, torpaq vergisi və ya icarə vergisi bölmələrindən özünə lazım olanı seçir. Ona verilmiş kodu yığaraq öz hesabına daxil olur və qanunvericilikdə göstərilmiş qaydada vergini ödəyir.

M.Həsənov qeyd edib ki, Abşeron rayonunun kənd və qəsəbələrində qanunsuz tikilən evlərin sənədləşdirilməsi istiqamətində işlərə başlanılıb. Artıq bir müddətdir ki, Saray qəsəbəsində də sakinlərlə sorğu-sual aparılır, onlarda qanunsuz tikili ilə bağlı hansı sənədlərin olduğu araşdırılır. Bələdiyyə sədri bildirib ki, qanunsuz evlərlə bağlı bələdiyyə müfəttişləri və MİS-lər ərazilərdə sakinlərə yaxınlaşırlar. Amma kimdənsə bu barədə məlumat alınmayıbsa, özü də ərazi üzrə bələdiyyə və MİS-lərə müraciət edə bilər. M.Həsənovun sözlərinə görə, qanunsuz evlərlə bağlı sorğu blanklarının doldurulması prosesinin bu ilin aprel ayına qədər yekunlaşdırılması nəzərdə tutulub. Eyni zamanda qəsəbə sakinlərini narahat edən problemlərin aradan qaldırılması üçün konkret işlər görməklə əhaliyə xidmətin səviyyəsini yüksəltmək Saray bələdiyyəsinin qarşısında duran mühüm vəzifələrdəndir.

M.Həsənov həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin yanvarın 9-da “Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən Saray qəsəbəsinin Mikayıl Müşfiq küçəsi və Heydər Əliyev prospekti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulacaq

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib