Abşeron qəzetinin yeni sayı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
11-03-2020, 16:11 Oxunub: 250

Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb

Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb


Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Abşeron rayonunda daim diqqət mərkəzində saxlanılır. Son 5 ildə rayon rəhbərliyi tərəfindən vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar, sakinlərlə keçirilən səyyar görüşlərdə səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması bunun bariz nümunəsidir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rəhbər təyin olunduğu ilk gündən kənd və qəsəbələrdə keçirdiyi səyyar görüşlər də məhz sakinləri narahat edən məsələlərin öz müsbət həllini tapmasına xidmət edir. İcra başçısının səyyar görüşdə səsləndirilən hər bir məsələyə xüsusi qayğı ilə yanaşması, həlli istiqamətində konkret tapşırıqlar verməsi bunu hər zaman sübut edir.

İ.Gülməmmədovanın ötən ilin noyabrın 21-də rayonun Ceyranbatan qəsəbəsində keçirilən səyyar görüşü zamanı sakinlər Kamran Hüseynov küçəsinin abadlaşdırılması barədə müraciət etmişdilər. Sakinlərlə keçirilən görüş zamanı verilən tapşırıq öz müsbət nəticəsini verib. Belə ki, hazırda rayon rəhbərinin tapşırığına əsasən rayonun daxili imkanları hesabına Ceyranbatan qəsəbəsinin Kamran Hüseynov küçəsində təmir işləri aparılır. Belə ki, uzunluğu 1.3 km, eni isə 8 metr olan küçəyə asfalt qırıntısı və çınqıl tökülərək yayılıb.

Eyni zamanda Prezident İlham Əliyevin yanvarın 9-da “Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən, Ceyranbatan qəsəbəsinin ümumi uzunluğu 1,2 kilometr olan Heydər Əliyev küçəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulacaq.

Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb
Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb
Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb
Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb
Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb
Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb
Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb
XƏBƏR LENTİ
Dünən, 15:37 | Abşeronda 800- ə yaxın imtiyazlı ailəyə ərzaq bağlamaları paylanılıb2-04-2020, 23:30 | Millət vəkili Şahin Seyidzadə Aprel şəhidinin ailəsini ziyarət edib31-03-2020, 15:29 | Abşeronda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib28-03-2020, 17:41 | Abşeron gəncləri təhlükəli epidemiyaya qarşı mübarizədə fəal iştirak edirlər28-03-2020, 15:17 | Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar27-03-2020, 12:24 | Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür26-03-2020, 16:35 | Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir24-03-2020, 12:37 | Xırdalanda “Evdə qal, həyatları xilas et! “ adlı maarifləndirici aksiya23-03-2020, 16:24 | Abşeronda koronavirus pandemiyası ilə bağlı həyata keçirilən profilaktik tədbirlər genişləndirilib19-03-2020, 15:27 | Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıb19-03-2020, 08:57 | Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun açılışında iştirak edib19-03-2020, 08:49 | Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur16-03-2020, 14:08 | Digah qəsəbəsində yeni park salınır14-03-2020, 17:13 | Mehdiabad sakinlərinə şad xəbər - vətəndaşların problemləri həllini tapıb14-03-2020, 16:38 | Abşeronda toplanan 2500-dən çox kitab əsgərlərə göndərilib14-03-2020, 16:25 | "Azərbaycan qadını tarixi səlnamələrdə" kitabı işıq üzü görüb14-03-2020, 10:42 | Xırdalanda daha üç möhtəşəm park tikilir - FOTO13-03-2020, 10:37 | Qobu qəsəbəsində 3 yeni yaşayış massivinə qaz çəkiləcək - Prezident sərəncam imzaladı12-03-2020, 18:15 | Masazır Bələdiyyəsi tərəfindən abadlıq-quruculuq işləri davam etdirilir12-03-2020, 18:05 | Saray qəsəbəsinin daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur12-03-2020, 09:02 | Əli Əsədov dollarla bağlı əhaliyə çağırış etdi11-03-2020, 16:11 | Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb