Abşeron qəzetinin yeni sayı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
12-03-2020, 09:02 Oxunub: 367

Əli Əsədov dollarla bağlı əhaliyə çağırış etdi

Əli Əsədov dollarla bağlı əhaliyə çağırış etdi


Bu gün Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirilib.

Müşavirədə çıxış edən Baş Nazir Əli Əsədov son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı olaraq maliyyə-bank sektorunda və əhali arasında narahatlığın artdığını bildirib.

Hökumətin dünya iqtisadiyyatında gedən prosesləri daim diqqət mərkəzində saxladığını və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirdiyini vurğulayan Baş Nazir deyib: “Prezident İlham Əliyev martın 10-da Milli Məclisdə Azərbaycan iqtisadiyyatının inkişafı barədə ətraflı çıxış etdi. Nazirlər Kabineti tərəfindən də ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması barədə həmin gün biznes dairələrinə və əhaliyə yönəlmiş məlumat verildi. Təbii ki, ilin əvvəlindən dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata, eləcə də neft bazarlarına mənfi təsirləri vardır. Lakin bu gün ölkəmizin iqtisadiyyatı görülmüş tədbirlər nəticəsində 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Qeyd etmək istəyirəm ki, dünyada baş verən mənfi iqtisadi meyillərə baxmayaraq, iqtisadiyyatımız inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir. Dövlətimizin başçısının vurğuladığı kimi, ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. Azərbaycanın müsbət beynəlxalq investisiya mövqeyi onun beynəlxalq kreditor rolunda çıxış etdiyini göstərir”.

Əli Əsədov qeyd edib ki, cari ildə də ölkədə müsbət inkişaf dinamikası davam edir. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsulu isə 6,7 faiz artıb. İnflyasiya 2,8 faiz təşkil edir.

Bu gün dünya enerji bazarında neftin qiyməti 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 55 dollardan təxminən 18 dollar aşağıdır.

Müşavirəyə yekun vuran Baş Nazir Əli Əsədov yaranmış qlobal iqtisadi vəziyyətin mürəkkəb olduğunu bildirərək deyib: “Lakin biz vəziyyətə gündəlik əsasda nəzarət edirik və iqtisadiyyatımızda mövcud situasiya idarəolunandır. Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə ediləcək. Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkənin kifayət həcmdə maliyyə resursları vardır. Artıq qeyd olunduğu kimi, strateji valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini ötür və xarici dövlət borcunu 6 dəfə üstələyir. Bu baxımdan, yaranmış vəziyyətdə biznes ictimaiyyətini və əhalini təmkinli davranış nümayiş etdirməyə çağırıram. Eyni zamanda, bildirmək istəyirəm ki, valyuta bazarına nəzarət gücləndiriləcək, qeyri-qanuni hərəkətlər və yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısı qətiyyətlə alınacaqdır”.
XƏBƏR LENTİ
Dünən, 15:37 | Abşeronda 800- ə yaxın imtiyazlı ailəyə ərzaq bağlamaları paylanılıb2-04-2020, 23:30 | Millət vəkili Şahin Seyidzadə Aprel şəhidinin ailəsini ziyarət edib31-03-2020, 15:29 | Abşeronda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib28-03-2020, 17:41 | Abşeron gəncləri təhlükəli epidemiyaya qarşı mübarizədə fəal iştirak edirlər28-03-2020, 15:17 | Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar27-03-2020, 12:24 | Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür26-03-2020, 16:35 | Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir24-03-2020, 12:37 | Xırdalanda “Evdə qal, həyatları xilas et! “ adlı maarifləndirici aksiya23-03-2020, 16:24 | Abşeronda koronavirus pandemiyası ilə bağlı həyata keçirilən profilaktik tədbirlər genişləndirilib19-03-2020, 15:27 | Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıb19-03-2020, 08:57 | Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun açılışında iştirak edib19-03-2020, 08:49 | Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur16-03-2020, 14:08 | Digah qəsəbəsində yeni park salınır14-03-2020, 17:13 | Mehdiabad sakinlərinə şad xəbər - vətəndaşların problemləri həllini tapıb14-03-2020, 16:38 | Abşeronda toplanan 2500-dən çox kitab əsgərlərə göndərilib14-03-2020, 16:25 | "Azərbaycan qadını tarixi səlnamələrdə" kitabı işıq üzü görüb14-03-2020, 10:42 | Xırdalanda daha üç möhtəşəm park tikilir - FOTO13-03-2020, 10:37 | Qobu qəsəbəsində 3 yeni yaşayış massivinə qaz çəkiləcək - Prezident sərəncam imzaladı12-03-2020, 18:15 | Masazır Bələdiyyəsi tərəfindən abadlıq-quruculuq işləri davam etdirilir12-03-2020, 18:05 | Saray qəsəbəsinin daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur12-03-2020, 09:02 | Əli Əsədov dollarla bağlı əhaliyə çağırış etdi11-03-2020, 16:11 | Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb