Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Çiçəklənən Abşeron” layihəsi Novxanıda

Tarix:27-06-2020, 11:44
Baxış Sayı:917

“Çiçəklənən Abşeron” layihəsi Novxanıda
“Çiçəklənən Abşeron” layihəsi Novxanıda

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən birgə həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsindən bu dəfə Abşeron rayonunun Novxanı kəndinin sakinləri yararlanıb.

Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov və “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Əli Qasımovun iştirakı ilə Novxanı qəsəbəsində yaşayan ailələrə müxtəlif bitkilər (lavanda, bibəriyyə və sair) təqdim edilib. Ümumilikdə layihə çərçivəsində Novxanıda yaşayan 300-dək ailənin hər birinə 250-1000 arası müxtəlif bitkilərin verilməsi nəzərdə tutulur. Hər bir ailə onun üçün müəyyən edilmiş aylıq vəsait qarşılığında bu bitkilərə qulluq edəcək. Bitkilər 6-12 ay müddətində ailələrdən geri götürüləcək və onların istəyinə uyğun olaraq yeniləri ilə əvəz edilə bilər.

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı mövcud karantin şəraitində “Çiçəklənən Abşeron” layihəsinin əhəmiyyəti ondan ibarətdir ki, ailələr yaşadıqları evləri tərk etmədən, öz həyətyanı sahələrində bitkiləri yetişdirməklə əlavə gəlir əldə edir və ailə büdcələrinə dəstək olurlar. “Çiçəklənən Abşeron” layihəsinin məqsədi özünüməşğulluğun inkişafına, aztəminatlı ailələrin daha çox gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların artırılmasına, bitkiçiliyin və kənd təsərrüfatı emalının inkişafına töhfə verməkdir. Layihə çərçivəsində becərilən bitkilər hazırda abadlıq işlərində istifadə olunur. Gələcəkdə isə bu bitkilərin emalda, müxtəlif kosmetik və farmaseptik məhsulların və yağların istehsalında istifadə olunması, eləcə də xammal kimi ixracı nəzərdə tutulur.

Ümumilikdə, bu ilin əvvəlindən həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsi çərçivəsində Balaxanı, Zirə və Novxanı qəsəbələri üzrə yaşayan 800-ə yaxın aztəminatlı ailəyə 200 minədək müxtəlif bitkilərin verilməsi nəzərdə tutulub. “Çiçəklənən Abşeron” layihəsi növbəti mərhələdə Ramana və Şüvələn qəsəbələrində həyata keçiriləcək.

Qeyd edək ki, KOBİA-nın təsis etdiyi “BİRGƏ” MMC ilə “Bakı Abadlıq Xidməti” MMC-nin nəzdində fəaliyyət göstərən “Balaxanı Green Garden” arasında bu ilin aprelində “Çiçəklənən Abşeron” layihəsinin icrasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

“Çiçəklənən Abşeron” layihəsi Novxanıda
“Çiçəklənən Abşeron” layihəsi Novxanıda
“Çiçəklənən Abşeron” layihəsi Novxanıda
“Çiçəklənən Abşeron” layihəsi Novxanıda

Azərbaycan istənilən böhranla bacara bilər
Azərbaycan istənilən böhranla bacara bilər
Qorxmaz Abbasov koronavirusdan vəfat etdi
Qorxmaz Abbasov koronavirusdan vəfat etdi
Abşeronda genişmiqyaslı dezinfeksiya işləri aparılır -Video
Abşeronda genişmiqyaslı dezinfeksiya işləri aparılır -Video
Abşeron rayonunda xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilib - FOTOLAR
Abşeron rayonunda xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilib - FOTOLAR
İradə Gülməmmədova sakinlər arasında təbliğat işləri apardı
İradə Gülməmmədova sakinlər arasında təbliğat işləri apardı
Əziz Hüseyn bala, onun valideynləri və müəllimlər!
Əziz Hüseyn bala, onun valideynləri və müəllimlər!
Abşeronda COVİD-19 pandemiyası ilə əlaqədar reyd keçirildi
Abşeronda COVİD-19 pandemiyası ilə əlaqədar reyd keçirildi
Abşeronda polis işçiləri təbrik edildi
Abşeronda polis işçiləri təbrik edildi
“Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda onlayn videokonfrans keçirildi
“Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda onlayn videokonfrans keçirildi
İradə Gülməmmədova növbəti video-görüntülü müşavirə keçirib
İradə Gülməmmədova növbəti video-görüntülü müşavirə keçirib
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda videokonfrans şəklində görüş keçirilib
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda videokonfrans şəklində görüş keçirilib
Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək
Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək
Çəhrayı rəngi ilə görənləri heyran edən Masazır Duz gölü -Video
Çəhrayı rəngi ilə görənləri heyran edən Masazır Duz gölü -Video
“Çiçəklənən Abşeron” layihəsi Novxanıda
“Çiçəklənən Abşeron” layihəsi Novxanıda
Strateji obyektlərimiz ən yüksək səviyyədə qorunur
Strateji obyektlərimiz ən yüksək səviyyədə qorunur
Lider Tv- Qobu qəsəbəsində bir gün ....
Lider Tv- Qobu qəsəbəsində bir gün ....
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il ötür
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il ötür
Xırdalanın Heydər Əliyev prospektinin yenidən qurulması uğurla davam etdirirlər
Xırdalanın Heydər Əliyev prospektinin yenidən qurulması uğurla davam etdirirlər
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır