Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda bu qəsəbənin içməli su problemi həll edildi - Video

Tarix:12-08-2020, 08:59


Abşeron rayonunda vətəndaş amili əsas götürülür, xüsusən də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr birmənalı şəkildə icra olunur. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rəhbər təyin olunduğu ilk gündən vətəndaş amilini iş fəaliyyətinin əsası hesab etməsi də bunun əyani sübutudur. Məhz bu səbəbdən rayonda vətəndaş-məmur münasibəti dövlətə, ölkə rəhbərinə və icra başçısına olan böyük inam üzərində qurulub. İllər öncə formalaşan bu münasibət, arada olan hörmət və istək bu gün də o qaydada davam etdirilir. Bunu icra başçısının sakinlərə olan səmimi münasibətindən, vətəndaşlara göstərdiyi diqqət və qayğısından, şəhər, kənd və qəsəbələrdə keçirilən görüşlərdə səslənən müraciətlərə operativ şəkildə baxılmasından, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsindən aydın şəkildə görmək olur.

Bu günlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bir qrup Aşağı Güzdək qəsəbə sakininin müraciətinə əsasən həmin qəsəbədə olub. Vətəndaşların su məsələsi ilə bağlı müraciətlərini yerində dinləyən icra başçısı qeyd olunan məsələlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Rayon rəhbəri İradə Gülməmmədovanın adiyyatı qurumlar qarşısında qaldırdığı məsələnin, “Azərsu” rəhbərliyi ilə apardığı danışıqların nəticəsi olaraq, artıq Aşağı Güzdək qəsəbəsində 250 ailənin yaşadığı əraziyə yeni xətlərlə suyun verilməsi bərpa edilib.

Qəsəbə sakinlərindən Nemət Lətifov, Canməmməd Hüseynov, Qubad Paşayev və başqaları onların istəyini nəzərə alıb müraciətlərinə həssaslıqla yanaşdığına, qeyd etdikləri məsələlərin həlli ilə bağlı verdiyi tapşırıqlara görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib