Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 23 dekabr 2015-ci il tarixində Abşeron rayonu Əfqan Dadaşov adına Perekeşkül qəsəbə tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin, Abşeron rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.
Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qaz cihazlarından düzgün istifadə qaydaları”, “Elektriklə davranış qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişlər.
Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin hazırladığı “Dəm qazı təhlükəsi” adlı videoçarx nümayiş olunmuşdur.
Sonda suallar cavablandırılmış və təbliğat materialları, bukletlər paylanılmışdır.
FHN Sumqayıt Regional Mərkəzi