Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Abşeron yarımadasında
Dekabrın 03-də hava şəraitinin günün birinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişiləcəyi, gündüz güclü şimal-qərb küləyinin axşama doğru şiddətlənəcəyi gözlənilir.
Axşam yağıntılı olacağı, gecəyə doğru bəzi ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var.
Havanın temperaturunun gecə 6-9, günün birinci yarısında 10-12, axşama doğru 2-4 dərəcəyədək isti olacağı gözlənilir.