Fevralın 24-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Masazır” qazpaylama stansiyasında cari təmir işləri aparılacaq.
SOCAR-dan verilən məlumata görə, təmir işləri aparılan müddətdə Abşeron rayonunun Masazır qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.