Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Rayonumuzun gəncləri həmişə yüksəlişlər əldə edərək, uğurlara sahib olsunlar

Tarix:2-02-2017, 10:01

Rayonumuzun gəncləri həmişə yüksəlişlər əldə edərək, uğurlara sahib olsunlar

Müsahibimiz YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elgün Hümbətovdur.


Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsidir. Hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Müasir gənclik isə dövlətin yeritdiyi gənclər siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. Bu mövzunu Abşeron rayon Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Elgün Hümbətovla davam etdiririk.

-Elgün müəllim, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətini necə qiymətləndirirsiniz?

-Bilirsiniz ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. O dövrdən başlayaraq gənclərimiz mütəşəkkilləşməyə, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməyə, seçkili orqanlarda, dövlət idarəetməsində fəaliyyət göstərməyə başladı. Həmin vaxt gənclərin təhsili, fəaliyyətlərinin proqramlaşdırılması üçün işlər görüldü, gənclər haqqında qanun qəbul edildi. Bununla da dövlət gənclər siyasətinin təməli qoyuldu və inkişaf etməyə başladı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bu siyasət artıq yeni mərhələyə qədəm qoydu. Bu da gənclərimizdən zamanın tələblərinə uyğun olaraq daha kreativ, daha innovativ olmağı tələb edirdi. Gənclərimiz dövlət başçısının həyata keçirdiyi siyasi kursu dəstəkləyirlər. Bu istiqamətdə aparılan işlərin davamı olaraq xaricdə təhsil alan gənclərimizin könüllü olaraq diaspor fəaliyyətini təşkil etmələrini qeyd etmək olar.
Bu gün gənclərə göstərilən diqqət və qayğı sahəsində Azərbaycan Avropa ölkələrinin bir çoxunu üstələyir. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi vasitəsilə gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının təşəbbüslərinin reallaşdırılması məhz yeni məzmunda həyata keçirilən siyasətin məntiqi nəticəsidir. Cənab Prezident hər zaman gənclərə diqqət və qayğı göstərir, onların çağırışlarına müsbət cavab verir.
Müasir gənclərimiz təhsil və idmana sıx bağlıdırlar. Bunu gənclərimizin bu sahələrdə əldə etdikləri nailiyyətlər də sübut edir. Nəticədə bu da ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin uğurla davam etdirildiyinin əyani göstəricisidir. Hesab edirəm ki, indiyə qədər əldə etdiyimiz uğurlarla kifayətlənməməli, 2017-cı ildə fəaliyyətimizi yeni nailiyyətlərlə davam etdirməliyik.

-Ölkəmizdə siyasi sabitliyin yaradılmasının ilk illərindən gənclər siyasətini həyata keçirməyin vacibliyini nə ilə izah edə bilərsiniz?

-Dövlət müstəqilliyimizin əldə edildiyi illərdə, yəni 1991-1992-ci illərdə ölkəmiz xaos içərisində idi. İdarəetmə mexanizmi demək olar ki, yox dərəcəsində idi. Gənclərimiz hərbi-siyasi qrupların diktəsi ilə idarə olunurdular. Onlara xarici qüvvələrin vasitəsilə təsir göstərilirdi. Təhsildən çox geri qalmışdılar. Onların psixoloji durumu çox acınacaqlı vəziyyətdə idi. Qeyd etdiyim kimi, ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gəlişi ilə gənclərimizin həyatında olduqca böyük dəyişikliklər baş verdi. Artıq Azərbaycanın gənclərindən müasir gənclik yetişdirilməyə başlanıldı. Bununla da gənclərimizdən dövlət idarəçiliyində, seçkili orqanlarda çalışan vətəndaşlarımız formalaşdırıldı. Bu gün ulu öndər Heydər Əliyevin gərgin zəhməti hesabına formalaşdırılmış gənclər ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə dövlət idarəetməçiliyinə cəlb olunurlar. Çox sevindirici haldır ki, qısa zaman kəsiyində müstəqilliyə nail olmuş ölkəmizin gəncləri artıq dövlətimizin idarə edilməsində peşəkarlıqla fəaliyyət göstərir, eyni zamanda, böyük ictimai-siyasi nüfuza sahib olaraq seçkili orqanlarda təmsil olunurlar.

-Hazırda Abşeron rayon Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərin siyasi maarifləndirilməsi, dövlət siyasəti ilə bağlı məlumatlandırılması istiqamətində hansı tədbirlər görülür?

-Biz il ərzində rayonumuzda mütəmadi olaraq ideoloji maarifləndirmə işi aparırıq. Bu istiqamətdə aparılan işlər nəticəsində gənclərimiz ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti, azərbaycançılıq məfkurəsi, həmçinin Azərbaycanda iqtisadi və siyasi sabitliyin yaradılmasını təmin etmiş addımları, həyata keçirilmiş islahatlar barədə maarifləndirilirlər. Gənclərə millətinə, dövlətinə bağlılıq aşılanır ki, bu da onların daxili və xarici siyasi təsirlərdən maksimum dərəcədə şüurlu surətdə qorunmalarına imkan yaradır.
Biz, həmçinin gənclərimizin rayonun mədəni siyasi hadisələrində yaxından iştirak edir, eləcə də cəmiyyətimizdə sayılıb-seçilən partiya üzvləri ilə görüşlərini təşkil edir, müxtəlif seminar və məşğələlər keçiririk. Təhsil, səhiyyə və mədəniyyət sahəsində rayonda yaranmış Abşeron informasiya agentliyi ilə birgə müxtəlif lahiyələr həyata keçirdiirik. Bu da onların siyasi maarifləndirilmələrini gücləndirən əsas amillərdir.


-Ötən il Abşeron YAP Gənclər Birliyinin tarixində nə ilə yadda qaldı? İl ərzində hansı işlər görüldü?

-Ötən il Abşeron YAP Gənclər Birliyinin tarixində olduqca yaddaqalan il oldu. Bilirsiniz ki, 2016-ci ildə Azərbaycan tarixinin, mədəniyyətinin və idmanının dünyada tanınmasında uğurlar əldə etdik. Ötən ilin aprel hadisələri xalqımızın vətənpərvərlik ruhunun yüksəlişinin şahidi olduq. Yaşlısından gəncinə hətta məktəblisinə qədər hamı şanlı ordumuzun 2- 3 gündə düşmənə vurduğu zərbəni gördü. Rayonumuzda təhsil sahəsində 69 nəfər 600 dən çox bal toplayaraq ali məktəblərə daxil oldu. Rayonumuzun idmançıları beynəlxalq yarışlarda bayrağımızı yüksəklərə ucaltdılar. Xırdalan şəhərinin və "Xırdalan" qəzetinin 10 illik yubleyi böyük təmtərahla qeyd olundu. Tədbirdə Rayon rəhbərliyi şəhərin 10 illik həyatında fərqlənən gənclərə fəxri fərmalan təqdim etdi.
Bu gün gənclər ölkənin ictimi-siyasi həyatında aktivdirlər. Gənclər siyasi proseslərdə fəal şəkildə iştirak edirlər. Bundan başqa fəal gənclərin, eləcə də gənclər təşkilatlarının layihələri həm Gənclər və İdman Nazirliyi, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir. Bununla da gənclərin ictimai-siyasi aktivliyi bir qədər də artır. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sıralarında 200 minə yaxın gəncin olması, həmin gənclərdən böyük əksəriyyətinin daha aktiv fəaliyyət göstərməsini deyilənlərə misal göstərmək olar. Bu gün öndə olan fəal gənclərin məhz Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində təmsil olunması da bizi sevindirir. Bu da Azərbaycanın idman siyasətinin əldə etdiyi uğurların göstəricisidir.
Həmçinin YAP rayon Gənclər Birliyinin hesabat konfransları keçirilir ki, nəticədə birlikdə yeni gənclər təmsil olunurlar. Bu da yeni gənclər əldə etməyimizə imkan yaradıb. Yeni gənclər yeni ideyalar deməkdir.


-Abşeron YAP Gənclər Birliyi 2017-cı ildə hansı işləri görməyi planlaşdırır? Ümumiyyətlə, bu il üçün prioritetiniz nə olacaq?


-Bilirsiniz ki, YAP-ın bir devizi var- “Yeni hədəflərə doğru!” Bu hədəflərə çatmaq üçün biz mütləq çalışmalıyıq və çalışırıq. 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı tədbirlərimiz oldu. Sabah 2 fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar möhtəşəm tədbirimiz olacaq. Fürsətdən istifadə edərək rayonumuzda fəaliyyət göstərən KİV- nümayəndələrini “Abşeron”, “Xırdalan”, “Abşeron təhsili”, “Yeni Abşeron” qəzetlərinin, Xirdalan.info.az, Absheronxeber.az, XirdalanTv.info və Abşeron.info.az sayıtlarının gənc kolektivini o cümlədən AİA- nin rəhbəri Anar Nağıyevi Gənclər günü münasibətilə təbrik edirəm. Bu il beynəlxalq əlaqələrimizi daha da genişləndirməyi qarşıya məqsəd qoymuşuq. İctimai həyata daha çox nüfuz etməklə sıralarımıza yeni gənclər qoşmağı planlaşdırmışıq. Sözsüz ki, YAP-a üzv olmaq istəyən gənclər çox olduğundan seçim qarşısında qalırıq. Çalışırıq ki, partiyamıza layiq gəncləri sıralarımıza qəbul edək.
Həmçinin rayonumuzda gənclərlə bağlı yeni lahiyələr həyata keçirək, bu kimi tədbirlərimizin sayını artırmağı planlaşdırırıq. Buraya gənclərin asudə vaxtlarının səmərəli keçməsi, pis vərdişlərdın uzaq olmağa, erkən nikahların, dini radikalizm meyillərinin qarşısının alınması istiqamətində görülməli olan işlərimiz də aiddir.

- YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri olaraq gənclərimizə nəyi tövsiyə edərdiniz?


-Gənclərimizə tövsiyə edərdim ki, daim Azərbaycan dövlətinin, millətinin maraqlarından çıxış etsinlər. Cənab Prezidentimizin apardığı uğurlu daxili və xarici siyasəti hər zaman dəstəkləyib, ona sadiq olduqlarını nümayiş etdirsinlər. Eyni zamanda, gənclərimizə tövsiyə edərdim ki, təhsilə maraq göstərməklə ictimai fəallıqlarını daha da artırsınlar. Rayonumuzun gəncləri həmişə yüksəlişlər əldə edərək, uğurlara sahib olsunlar.

Müsahibəmizin sonunda bizdə Abşeron informasiya agentliyinin kolektivi adından Sizi və YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sıralarında uğurla adımlayan gənclərimizi 2 fevral “Gənclər günü” münasibətilə təbrik edək, cansağlığı və uğurlar arzulayaq. Səmimi və maraqlı müasibəyə görə təşəkkür edirik.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir