Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhər təhsil ocaqlarının müəllimləri Şəhidlər xiyabanını ziyarət etdilər

Tarix:29-04-2017, 14:16

Xırdalan şəhər təhsil ocaqlarının müəllimləri Şəhidlər xiyabanını ziyarət etdilər

2017-ci il aprelin 28 də Xırdalan şəhər təhsil ocaqlarıın bir qrup müəllimi və Abşeron informasiya agentliyinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət etdilər, Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda şəhid olmuş həmvətənlərinin ruhuna dualar oxudular.
Xırdalan şəhər təhsil ocaqlarının müəllimləri Şəhidlər xiyabanını ziyarət etdilər

Abşeron informasiya agentliyi Şəhidlər xiyabanı haqqında məlumatı Sizlərə təqdim edir;
Köhnə Dağüstü parkın yerində öz əzəməti ilə ucalan memorial abidə bu il də (əslində, hər gün bu müqəddəs and yeri ziyarətçilərini qarşılayır) uşaqlı-böyüklü hər kəsin baş əydiyi məbədə çevrilib.
Səhidlər xiyabanının al-qırmızı qərənfillərə bürünməsi də məhz qəhrəmanlıq tarixinin şərəfinədir. Xiyabanın girişinə açıq və tünd qırmızı qərənfillərdən döşənmiş xalının da rəmzi mənası var.
Xüsusi zövqlə hazırlanmış bu kompozisiya xiyabana ilk qədəm basanlara xalqımızın milli-mənəvi və mədəni sərvətlərindən biri, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan xalçaçılıq sənətinə verilən dəyəri təcəssüm etdirir. Xalının üzərinə “toxunmuş” bir cüt qərənfil isə əlbəttə, 20 Yanvarın rəmzidir...
Güllərin arası ilə hər metrdən bir xüsusi şamların qoyulması burada ümumi fona özgə bir rəng əlavə edir. Maraqlıdır ki, qərənfillərin bir müddət solmaması da düşünülüb. Xüsusi materialdan hazırlanan oturacaqlara bərkidilən qərənfillər bu qablardan nəm çəkdikləri üçün bir neçə gün öz təravətini saxlaya bilir. Divarlara və səkilərə bərkidilən təbii güllər isə xüsusi qaydalarla kompozisiyalaşdırılıb.
Xiyabanın ərazisində təmizlik və abadlıq göz oxşayır. Elə girişdən bura ayaq basanların diqqətini öncə səliqə, abadlıq və qayğı çəkir. Bu işləri yerinə yetirən, xiyabana ziyarətçilərin daha çox axışdığı günlərdə xüsusi xidmət göstərənlərlə etdiyimiz söhbətdən məlum oldu ki, onlar bütün işləri təmənnasız görürlər. Aralarında müəllim də var, mühəndis də, rəssam, heykəltəraş da. Bakı Şəhər İcra Hakimiyyətinin kommunal-məişət məsələləri üzrə xidmət departamentinin əməkdaşlarının iştirakı ilə xiyabanı bəzəyənlərin əməyi, sözün əsl mənasında, yüksək qiymətə layiqdir.
Qərənfil libaslı bu müqəddəs məkanda 158 nəfər dəfn edilib ki, onlardan dördü naməlumdur. Xiyabanda, eyni zamanda 256 Qarabağ şəhidi uyuyur.
1992-ci il yanvarın 25-26-da baş verən məlum “Daşaltı əməliyyatı”nda şəhid olan 70 döyüşçümüzün də şərəfinə burada abidə qoyulub.
20 Yanvarın anım günü ərəfəsində ayrı-ayrı əmək kollektivləri xiyabana gəlir, ziyarət edirlər. Şəhidlər xiyabanına gələnlərin arasında ağsaqqal, ağbirçək də var, uşaq da, əlil də...
Ziyarətə adəti üzrə ilk olaraq bağça, məktəb və gənclər təşkilatlarından gəlirlər. Ənənə bu il də davam edir. Şəhidlər xiyabanının girişində ən çox qarşılaşdığımız da bağça uşaqları və məktəblilər oldu. Yaşlarının az olmasına baxmayaraq, Şəhidlər xiyabanı haqqında zəngin təəssürata malik olan bu balacalar sabahın yetkin gəncləri təsiri bağışlayırlar.
Bakı şəhərinin Binəqədi rayonundakı “Magikas” uşaq bağçasının, “Kreativ” tədris mərkəzinin, 248 və 297, Səbail rayonunun 51 və 78, Yasamal rayonunun 308, Nizami rayonunun 328, Nərimanovdakı 304 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivləri, eləcə də valideynlər xiyabanı ziyarət etməyi özlərinə borc biliblər.
Ziyarətçilər arasında xiyabanın yaşıdları da az deyil: 27 yaş gəncliyin odlu-alovlu, hisslərin və duyğuların baş alıb getdiyi dövrdür. Nə yaxşı ki, bu yaşda olanlarda vətənpərvərlik daha çox hiss olunur. Onları bu müqəddəs məkana gətirən bir gecədə torpaq üzərinə qanları ilə “Azadlıq” yazan şəhidlərin məzarlarını ziyarət etmək və amallarına sadiq qalacaqlarını dönə-dönə təsdiqləməkdir.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı ilə ucaldılan Şəhidlər Abidə Kompleksi xiyabanın rəsmi simvoludur. Bu abidə kompleksi xiyabanın ümumi kompozisiyasının kulminasiyası sayılır. Müstəqillik illərində gözəlləşən, yeniləşən, məşhurlaşan, iyirmi birinci yüzilliyin ən inkişaf etmiş paytaxtı kimi tanınan, son illər bir çox beynəlxalq tədbirlərin keçirildiyi, multikulturalizm məkanı, tolerantlıq nümunəsi olan Bakı buradan bir az da geniş görünür.
Şəhidlər xiyabanında diqqətçəkən abidələrdən biri də 1918-ci ildə Bakını işğaldan azad etmək üçün gəlib burada şəhid olan türk əsgərlərinə ucaldılan anıtdır. Azərbaycan və Türkiyə bayraqları daim burada qoşa dalğalanır.
Xiyabanda Azərbaycanın igid, cəsur oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun da büstü qoyulub.
Şəhidlər xiyabanında ziyarətçilərin ilk qarşılaşdıqları məzar İlham və Fərizəninkidir. Bu iki Azərbaycan gənci həm milli mücadilə, həm də sevgi, sədaqət rəmzidir! 20 Yanvar gecəsi İlham sovet ordusu pərdəsi altında Bakını işğal etməyə gələn erməni silahlı quldur dəstələrinin odsaçan gülləsinə tuş gəlib şəhid olduqdan sonra həyat yoldaşı Fərizə bu ayrılığa dözə bilməyib və “İlhamsız yaşamaqdansa ölmək yaxşıdır”,- deyərək intihar edib. Leyli və Məcnun, Fərhad və Şirin, Tahir və Zöhrə kimi sevilən və daim yad edilən İlhamla Fərizə haqqında dastan isə artıq məktəblilərin dilinin əzbəridir. Məhz buna görə İlhamla Fərizənin toy tarixi - 30 iyun Azərbaycanda “Sevgililər günü” kimi qeyd edilir.
Müqəddəs and yerinə çevrilən Şəhidlər xiyabanını 27 ildir ki, nəinki Azərbaycan vətəndaşları, ümumiyyətlə, xaricdən gələn rəsmi dövlət adamları, paytaxtın əcnəbi qonaqları, yaxın-uzaq ellərdə yaşayan soydaşlarımız da ziyarət edir, Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçənləri doğmaları kimi yad edir, ruhlarına dualar oxuyurlar. Yeni ailə quran gənclərimizin də and yerinə çevrilib bu müqəddəs məkan.
Xırdalan şəhər təhsil ocaqlarının müəllimləri Şəhidlər xiyabanını ziyarət etdilər

Abşeron rayon təhsil ocaqlarının, Uşaq bağçalarının kolektivi tez- tez And yerimiz olan Şəhidlər xiyabanını ziyarət edirlər. Müəllimlərimiz dərs dedikləri şagirdlərə vətənpərvərlik ruhunda əyani olaraq uca zirvəyə çatanlar barədə geniş məlumat verirlər. Xatırladaq ki, ziyarətdə Xırdalan şəhər 1,2,3,4,5,6,7,8.9,10 saylı məktəblərin müəllimləri iştirak edirdilər.

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib