Abşeron qəzetinin yeni sayı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
2-06-2017, 12:27 Oxunub: 1015

Xırdalan şəhər 17 saylı Uşaq bağçasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi

Xırdalan şəhər 17 saylı Uşaq bağçasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi

2 iyun 2017 -ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xırdalan şəhər 17 saylı Uşaq bağçası və körpələr evində “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
Xırdalan şəhər 17 saylı Uşaq bağçasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi

FHN Sumqayıt Regional Mərkəzi ilə Abşeron rayon icra hakimiyyəti rayonun təhsil müəssisələrində birgə təşkil etdiyi silsilə maarifləndirmə tədbirlərində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır. "1 iyun Uşaqların beynəlxalq müdafiə günü" münasibətilə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin əməkdaşları, rayon icra hakimiyyətinin əməkdaşları, bağçanın müəllim, tərbiyəçilər ilə birgə məktəbəqədər təhsil müəssisəsinin həyəti ilə tanış oldular. Fövqəladə Hallar zamanı baş verən hadisələrdən qorunmaq üçün lazım olan avadanlıqlarla tanış olan nazirlik əməkdaşları ərazini gəzdilər.
Xırdalan şəhər 17 saylı Uşaq bağçasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi

Xırdalan şəhər 17 saylı Uşaq bağçasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi

Xırdalan şəhər 17 saylı Uşaq bağçasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi

Tədbiri giriş sözü ilə açan bağçanın müdiri Könül İbrahimova "Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır." Ümummlili Liderimiz Heyər Əliyevin kəlamı ilə bu gün keçiilən marifləndirici görüşün əhəmiyyətindən danışdı. K. İbrahomova əhalinin radioaktiv, kimyəvi və bakterioloji çirklənmə, təbii fəlakətlər, nəqliyyatda və istehsalat obyektlərində irimiqyaslı qəza və ya bədbəxt hadisələr, eləcə də bu kimi halların baş verməsi təhlükəsi haqqında xəbərdar edilməsinin əsas üsulu yaranmış təhlükə və davranış qaydaları haqqında qısa məlumat verdi.
Xırdalan şəhər 17 saylı Uşaq bağçasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi

Respublikamızın bütövlükdə ərazisi fəal seysmik zonada yerləşdiyindən, burada da hər an belə təhlükənin baş verməsi ehtimalı vardır.
Bəs, zəlzələ baş verərsə, insanlar nə etməli, nəyi bilməlidirlər? Əsası odur ki, zəlzələ olduğu təqdirdə hamı adi təhlükəsizlik qaydalarına riayət etməlidir sualı ilə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin ictimayyətlə əlaqələr ictimaiyyətlə əlaqə və təbliğat sektorunun baş məsləhətçisi Emin Ramazanov mühazirəyə başladı.

Zəlzələlərin tarixi və təhlili sübut edir ki, bu təbiət hadisəsindən qorunmağın əsas yolu adamların fəlakət baş verdiyi anda özlərini itirməməsidir.

Yadda saxlamaq lazımdır ki, ilk təkanları hiss edən kimi heç bir vahiməyə düşmədən, səs-küy və qışqırtı salmadan, səbr və təmkinlə hərəkət etməklə, həm özünüzə, həm də ailə üzvlərinizə bir o qədər kömək göstərə bilərsiniz.
Xırdalan şəhər 17 saylı Uşaq bağçasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi

Yeraltı təkanları hiss edən kimi dərhal mənzilin və otağın qapısını açın. Zəlzələ nəticəsində divarların əyilməsindən və bütövlükdə binanın deformasiyasından giriş qapıları əksər halda pərçimlənir ki, bu da sonradan onu açıb otaqdan rahat çıxmağa imkan vermir. Sakitcə gözləyin, başqalarını qorxuya sala biləcək hərəkətlərə yol verməyin. Zəlzələ zamanı əksər bədbəxt hadisələr ondan yaranır ki, adamlar tələsik otaqdan və ya binadan çıxmağa və yaxud küçədədirlərsə, evə daxil olmağa çalışırlar. Bəziləri isə hətta yuxarı mərtəbələrin pəncərələrindən tullanırlar ki, bu da çox vaxt bədbəxt hadisələrlə nəticələnir. Əgər otaqdasınızsa, təcili olaraq təhlükəsiz yerə keçin. Masanın və ya çarpayının altına girin. Daxili qapı boşluğunda və ya otağın əsas divarına yaxın olan daxili küncündə durun. Yadda saxlayın ki, ən çox binanın xarici divarları uçur. Ona görə də, heç vaxt otağın xarici divarına yaxın yerdə, xüsusilə də otağın və ya zalın ortasında durmayın. Pəncərələrdən, yerindən tərpənən və yıxıla bilən ağır əşyalardan, məsələn soyuducudan, mebeldən və s. uzaq dayanın.

Qaçaraq binadan çıxmayın. Yuxarıdan divar boyu düşən qırıntılar çox təhlükəli olur.
Əgər siz çox da hündür olmayan binanın içindəsinizsə, yaxşı olar ki, oranı tərk edəsiniz. Yuxarıdan düşən daş parçalarından və şüşə qırıntılarından özünüzü qorumaq şərtilə binadan bacardıqca tez və ehtiyatla çıxın. Çoxmərtəbəli binanın içərisindəsinizsə, onda ən yaxşısı elə oradaca qalmaqdır. Pilləkənə çıxmağa və liftə minməyə tələsməyin. Birincisi, əksər hallarda ola bilsin ki, lift işləməsin, ikincisi, pilləkəndə basabas yaransın. Bundan başqa unutmayın ki, zəlzələ vaxtı ən çox lift və pilləkən sıradan çıxır.

Güclü zəlzələdən sonra təkrarlanan təkanlardan qorxmayın. Bu heç də yeni zəlzələ deyildir. İlk təkandan birinin digərindən bir neçə saniyə sonra baş verməsinin səbəbi əvvəlcə boyuna, sonradan eninə dalğaların gəlib çatmasıdır. Bundan sonra da arabir təkrar güclü təkanlar hiss edilə bilər. Bəzən ilk təkandan sonra təkrar zərbələr zədələnmiş və konstruksiyaları zəifləmiş binaların dağılmasına gətirib çıxarır. Sonra Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin fiziki və döyüşı hazırlığı üzrə böyük inspektoru d/x kapitanı Elvin Quliyev yanğın baş verən zaman nə etməliyik? bu sual barədə geniş məlumat verdi.

Güclü tüstü olan sahədə sürünərək və ya əyilərək hərəkət etmək lazımdır.
Yanğın - yanma ilə yanaşı müəyyən zaman və məkan hüdudunda inkişaf edən kütlə və istilik mübadiləsi təzahürlərini özündə əks etdirən mürəkkəb fiziki - kimyəvi prosesdir. Bu təzahürlər qarşılıqlı əlaqədədir və yanğın parametrləri, yəni yanıb qurtarma sürəti, hərarəti və s. ilə xarakterizə olunur.
Yanğının insanlara təsir edən təhlükəli amilləri aşağıdakılardır :
- açıq alov və qığılcımlar;
- ətraf mühitin və əşyaların yüksək temperaturu;
- zəhərləyici yanma maddələri, tüstü;
- oksigen çatişmazlığı;
- tikinti konstruksiyalarının, aqreqatların və qurğuların uçulub düşən hissələri, həmçinin partlayışların təhlükəli amilləri.
Bəs yanğın baş verdikdə hansı zəruri hərəkətləri etmək lazımdır?

Yanğın baş verdikdə onu birinci görən şəxs təcili olaraq 101 və ya 112 nömrəli telefonlara zəng vurub yanğından mühafizə hissəsinə xəbər verməli, telefonla danışan şəxs yanğın yerinin düzğün ünvanını söyləməlidir.
Yanğın baş verən zaman dərhal qonşuları xəbərdar etmək (gecə vaxtı onları mütləq oyatmaq), insanların köçürülməsini həyata keçirmək, sonra isə mövcud olan vəsaitlərlə (odsöndürən, qum, su və s.) yanğını söndürməyə başlamaq lazımdır.
Əgər elektrik naqilləri yanırsa, dərhal naqilləri cərəyandan ayırmaq və ya qoruyucuları sayğacdan çıxartmaq, bundan sonra əl altında olan vasitələrlə yanğını söndürməyə başlamaq lazımdır.

Yanğın zamanı pəncərə və qapıları açmaq, pəncərə şüşələrini sındırmaq, eləcə də başqa cür hava cərəyanı yaratmaq olmaz.
Əgər yanğın otaqda yayılmağa başlayırsa, qonşu otaqların qapısını kip bağlamaq lazımdır ki, alov digər mənzillərə, pilləkənlərə yayılmasın. Tüstünün yayılmaması üçün qapının altını nəm əski ilə tutmaq vacibdir. Güclü tüstü olan sahədə sürünərək və ya əyilərək hərəkət etmək lazımdır. Çoxmərtəbəli binalarda yanğın zamanı binanın damına da qalxmaq olar.

Yanğın zamanı giriş qapısı alovla kəsilibsə, balkona çıxmağa cəhd göstərilməlidir. Yadda saxlamaq lazımdır ki, yanan mənzildə yanğınsöndürənlər birinci növbədə məhz balkon və pəncərələrə yaxınlaşırlar.
Mətbəxdə və balkonda baş verən yanğınlar daha iri həcmli olduğundan tez alışan əşyaları, müxtəlif əskiləri balkon və mətbəxdə saxlamaq təhlükəlidir. Təsadüfən balkona düşmüş siqaret kötüyü güclü yanğına səbəb ola bilər. Əgər mətbəxdə yağ alışıbsa (qazanda və ya tavada), qızdırıcı cihaz təxirə salınmadan söndürülməlidir. Alovu söndürmək üçün qapaq və ya nəm əski ilə onun ağzını örtmək, soyuyana qədər gözləmək lazımdır. Əks halda yağ yenidən alovlana bilər. Balkonda əşyaları metal qablarda saxlamaq yanğın təhlükəsizliyi baxımından məqsədəmüvafiqdir.

Liftdə yanğının ilk əlamətləri hiss olunduqda (kabinədə və şaxtada yüngül tüstü olarsa) "çağırış" düyməsini sıxıb lift xidmətçisinə məlumat vermək lazımdır. Əgər lift hərəkət edirsə, onun dayanmağını gözləmək məsləhətdır. Liftin kabinəsi gərginlik altında olduğu üçün alovu su ilə söndürmək təhlükəlidir. Yaxşı olar ki, qalın quru parçadan, tozlu odsöndürənlərdən, qumdan istifadə edilsin. Əgər qısaqapanma nəticəsində alovlanan lift mərtəbələr arasında qalıbsa və onu söndürmək mümkün deyilsə, çöldə olan insanları köməyə çağırmaq lazımdır. Təkbaşına liftdən çıxmaq mümkün deyilsə, kömək gələnə qədər ağız və burun nəm əski ilə tutulmalıdır.
Yanğınlar zamanı adamların əynindəki paltarların yanmasına tez-tez rast gəlinir. Odur ki, hər şeydən əvvəl paltarı alışan adam qaçmamalıdır, çünki qaçdıqda alov daha da şiddətlənir. Buna görə də yerə, döşəməyə uzanmaqla və yuvarlanmaqla, yanan yerləri döşəməyə və ya yerə sıxmaqla söndürməyə çalışmaq lazımdır. Bunu görənlər həmin şəxsi adyalla, köhnə paltarla kip sarımağa çalışmalıdırlar. Paltar söndükdən sonra həmin zərərçəkən şəxs müalicə müəssisəsinə göndərilməli və ya təcili yardım çağırılmalıdır.
Xırdalan şəhər 17 saylı Uşaq bağçasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi

Unutmaq olmaz ki, yanma zamanı havada zəhərli qazlar yaranır və oksigenin miqdarı azalır. Buna görə də unutmaq olmaz ki, yanğın vaxtı yalnız alov deyil, həm də bu zaman yaranan tüstü də olduqca təhlükəlidir.
Məlumdur ki, yanma əmələ gəlməsi üçün yanar maddə, oksigen və maddənin müəyyən temperatura qədər qızması üçün istilik impulsu olmalıdır. Odur ki, yanmanı dayandırmaq üçün bu amillər arasındakı əlaqəni kəsmək lazımdır. Bu da müxtəlif vasitələrin tətbiq edilməsi ilə mümkündür. Bunun üçün məişətdə hər şeydən çox sudan, qumdan (torpaqdan), keçədən, köpükdən və xüsusi söndürücü tozlardan istifadə edilir.
Tezalışan mayelər - kerosin, benzin yanarsa (köpüklü odsöndürənlər olmadıqda), mayenin üstünə torpaq və ya qum tullamaq lazımdır.
Su - yanğını söndürmək üçün universal vasitədir. Su odun üstünə düşərək buxarlanır, yanar şeyin istiliyinin çox hissəsini udur, bununla da yanma şəraitini pozur, zəiflədir.

Söndürmə vasitəsi olan suyun mənfi cəhətlərindən biri onun yanan səthləri zəif islatmasıdır. Su böyük səthə yayılması nəticəsində axıb gedir. Onun təsiri çox qısa və ötəri olur. Lakin suyun həmin islatmaq qabiliyyətini asanlıqla artırmaq olar. Əgər suya azacıq miqdarda (0,7 - 1,5%) səthi-aktiv maddə əlavə edilirsə, onun səthi yayılma xüsusiyyəti xeyli azalar, odsöndürmə xüsusiyyəti isə kəskin surətdə artar. Məişətdə işlədilən hər hansı yuyucu maddə (tozlar, mayelər, pastalar) səthi-aktiv maddə kimi işlədilə bilər. Bu, çox mühüm haldır. Bunu su ehtiyatı toplayanlar nəzərə almalıdırlar. Belə su ehtiyatı (su ilə dolu çəllək) hər taxta evin yanında, xüsusən də yay dövründə mütləq olmalıdır.

Bir daha xatırlatmaq istərdik ki, bəzi hallarda yanmanı ləğv etmək üçün sudan istifadə etmək olmaz. Unutmaq olmaz ki. su elektrik cərəyanını keçirir. Buna görə də gərginlik altında olan elektrik naqilləri, mühərriklər, başqa qurğu və cihazlar yanarkən su ilə söndürülməsi yolverilməzdir.
Su bir çox tezalışan və yanan mayelərdən ağırdır. Ona görə də, belə mayeləri su ilə söndürmək olmaz. Belə ki, su aşağı yatacaq, tezalışan və yanacaq maye suyun üzərinə qalxacaq və yanmaqda davam edəcək.

Yanmaqda olan yağı, mazutu və nefti su ilə yalnız tozlandırılmış halda söndürürlər. Belə hallarda tozlandırılmış su tez buxara çevrilir, beləliklə də hava oksigeninin yanma mənbəyinə keçməsinə mane olur.
Döşəməyə və ya torpaq üzərinə az miqdarda dağılmış yanan mayeni söndürmək üçün ən sadə və asan vasitə qumdur. Qum istini udaraq yanan maddəni bir qədər soyudur və bununla birlikdə yanma üçün lazım olan oksigenin ora keçə bilməsini çətinləşdirir. Yadda saxlamaq lazımdır ki, yanğın zamanı quru qumdan istifadə edilməlidir. Belə olmasa o yumurlanacaq və bununla da onun odsöndürmə qabiliyyəti itəcəkdir.

Keçə vasitəsi ilə də yanğını söndürmək olar. Keçəni yanğının üzərinə atmaqla yanma mənbəyinə havanın keçməsinin qarşısı alınır. Bu üsul çox səmərəlidir, lakin yalnız yanma mənbəyi kiçik olduqda - ağ neft cihazları alışdıqda, dağılmış yanacaq (tezalışan) mayeləri yandıqda tətbiq edilir. Keçə əvəzinə çox vaxt ağır yun və mahud yorğandan, köhnə paltodan və sairədən istifadə etmək olar. Yanan əşyanı keçə ilə cəld elə örtmək lazımdır ki, ora hava daxil ola bilməsin və yanma tamamilə sönənədək keçəni eləcə saxlamaq lazımdır.

Yanğınların söndürülməsində digər yanğınsöndürmə vasitələrindən - daxili yanğınsöndürmə kranlarından, qarmaqdan, lingdən, baltadan və xüsusən də kimyəvi odsöndürənlərdən və s. səmərəli istifadə etməyi öyrənmək lazımdır.
Hazırda müxtəlif odsöndürənlərdən ilk yanğınsöndürmə vasitəsi kimi geniş istifadə olunur.

Köpüklü odsöndürənlər bərk materialların, yanar məhlulların yanğın zamanı söndürülməsi üçün nəzərdə tutulmuşdur.
Tozla işləyən odsöndürənlər də çox geniş yayılmışdır. Onlar bərk materialların, yanar məhlulların, qaz və elektrik avadanlıqlarının söndürülməsində tətbiq edilir.
Müasir dövrümüzdə kimyəvi - köpüklü odsöndürənlər daha geniş yayılmışdır. Kimyəvi - köpüklü odsöndürənlərdən xırda yanğınların söndürülməsində istifadə olunur. Odsöndürmə vasitəsi kimi köpük tətbiq edilir. Çünki köpük yanan materialın üstünü tamamilə örtür və oksigenin daxil olmasının qarşısını alır. Köpük elektrik cərəyanını yaxşı keçirdiyi üçün kimyəvi-köpüklü odsöndürənlərlə cərəyan altında olan elektrik naqillərini, elektrik qurğu və cihazlarını söndürmək olmaz. Bu odsöndürənlərlə həm də yanan natriumun, kaliumun, maqneziumun, spirtlərin, kükürdün, asetonun, karbidin və kalsiumun söndürülməsi məsləhət görülmür.
Odsöndürənlər şaquli vəziyyətdə, yerdən 1,5 m məsafədə asılmalıdır. Asılmanın vəziyyəti pozularsa, onda qələvi məhlulu axa bilər və nəticədə şırnaq deşiyinin bağlanmasına səbəb olar. Odsöndürənin qızdırıcı cihazların yaxınlığında, yaxud günəş altında asılması yolverilməzdir. İstinin təsirindən odsöndürənin tərkibi öz keyfiyyətini itirir. Soyuqların düşməsi ilə əlaqədar onları isti yerdə saxlamaq lazımdır.

Ayda bir dəfədən az olmamaqla odsöndürənlərə baxılmalı, onların tozu və şırnaq deşiyi təmizlənməli, onun tam işlək vəziyyətdə olmasına daim diqqət yetirilməlidir. Odsöndürənin rütubətdə saxlanılmasına yol vermək olmaz.
Yanğın zamanı təxliyə qaydalarını da bilmək vacibdir.

Yanan mənzili tərk edərkən ilk növbədə ən vacib əşyaları özünüzlə götürün. Çıxarkən mənzildə lənğimək olmaz. Qısa müddətdə özünüz də istəmədən yanma maddələri ilə zəhərlənə bilərsiniz.
Gedərkən giriş qapısını bərk örtün ki, havanın hərəkətinin qarşısı alınsın. Ümumiyyətlə, bütün yarıqları bağlayın. Kranı açın və suyu döşəməyə tökün. Ən əsası isə qazı bağlayın. Alovun pilləkənlərə tərəf yayılmaması üçün qapını su ilə isladın.

Mənzil yanarkən yanğın barədə qonşulara xəbər verilməlidir. Alovun yayılmaması üçün bütün qapı və dəlikləri bağlamaq, yanan mənzilə yaxın yerləşən eyvanlardan tez alışan əşyaları yığışdırmaq lazımdır. Ləyənlərə çox su yığın ki, isinən qapı və divarları sulamaq mümkün olsun. Yanğın vaxtı ən birinci tədbir kimi yanan mərtəbədə və yuxarı mərtəbələrdə olan bütün uşaqların, yaşlı adamların, ümumiyyətlə, yanğınsöndürmə ilə birbaşa məşğul olmayan bütün insanların təxliyəsidir.

Hündürmərtəbəli binalarda alov çox müəmmalı bir sürətdə yayılır. Belə ki, yanğın ərazisində o tam söndürüldükdən və buna hamı əmin olduqdan sonra bir də görürsən ki, gözlənilmədən yuxarı mərtəbədə də yanğın var. Bu səbəbdən sakinlərin yanğın zamanı binadakı mənzillərdə deyil, həyətdə olması daha məqsədəuyğundur.

Həyətdə gözləyən sakinlər də boş durmayaraq yanğınsöndürmə maşınlarını qarşılamağı təşkil etməlidirlər. Ən qısa yolla onları giriş qapısına gətirməli, yanğın ocağının yerini, hidrantların yerləşdiyi ərazini göstərməlidirlər. Bundan əlavə, yanğınsöndürənlərə mane olmamaq üçün maşınların müvəqqəti saxlandığı yolları təmizləməyə çalışmalıdırlar. İndi bu o qədər də böyük çətinliklər yaratmır, sadəcə olaraq yolu kəsən maşını bir az tərpətmək yetər ki, sirenanın səsi işləsin və sahibi gələrək onu ərazidən uzaqlaşdırsın.

Əgər aşağı mərtəbədəki yanğın sizi pilləkənlə küçəyə çıxmaq imkanından məhrum edirsə, bu zaman özünüzlə hər hansı bir alət-balta, çəkic götürərək dama çıxmağa çalışın. Götürdüyünüz alətlə çardağın qıfılını qıraraq dama çıxa və kömək gözləyə bilərsiniz. Bu, binanın içində bağlı mənzillərdə qalmaqdan daha əlverişli və təhlükəsizdir.

Yanğın zamanı heç bir halda liftdən istifadə etməyin. Bu, sizi ölümə apararaq təhlükəli tələ ola bilər. Hətta ən cüzi yanğın belə elektrik naqillərində qısaqapanmaya səbəb ola bilir ki, bu da liftin mərtəbələr arasında qalmasına gətirib çıxarır. Beləliklə, siz içəridə qalaraq alovun sizi nə vaxt haqlayacağını gözləməli olacaqsız. Bundan əlavə, lift şaxtası tüstü ilə çox tez dolur ki, bunun da nəticəsində bir neçə saniyə ərzində zəhərlənmə mümkündür. Ona görə yanğının ilkin əlamətləri hiss olunan kimi lifti dayandırın, onun qapıları arasına hər hansı əşya qoyun ki, bu barədə məlumatı olmayan digər sakinlər də liftdən istifadə etməsinlər.

Yanğın ərazisində olarkən yadda saxlayın ki, alovdan öncə tüstü sizin üçün ən böyük təhlükədir. Yanmanın zəhərli maddələri arasında 50-dən 100 növə qədər kimyəvi birləşmələr var. Bunların içərisində insanların ölümünə ən çox karbon oksidi səbəb olur. O, oksigendən 200-300 dəfə daha aktiv olaraq qanda hemoqlobinlə reaksiyaya girir, oksigen aclığı, baş gicəllənməsi və tənəffüsün dayanmasını yaradır, sonra ölümə gətirib çıxarır.

Yanğın zamanı zərərçəkən insanların 80%-i məhz tüstüdən zəhərlənmə nəticəsində həlak olur. Bu səbəbdən mənzillərin təmiri və quraşdırılması zamanı sintetik materiallardan çox istifadə etmək məsləhət görülmür. Onlar çox tez alışır, bu zaman acı tüstü yaranır və təxliyə vaxtını bir neçə dəqiqəyə qədər azaldır.
Güclü tüstülənmə zamanı pilləkənlərdən təxliyə yolu kimi istifadə etməyin. Siz küçəyə çıxmağa çatmazsınız. Bunun üçün üst və aşağı eyvanları birləşdirən qaldırma xarici nərdivanlardan istifadə edərək təxliyə olmaq məsləhət görülür. Çardaq, dam və yaxud qonşu mənzil vasitəsi ilə siz yaxındakı tüstü dolmamış giriş qapısına daxil olaraq küçəyə çıxa bilərsiniz. Məhz bu səbəbdəndir ki, yanğınsöndürənlər həmişə sakinlərə məsləhət görürlər ki, eyvanların döşəməsini dekorativ lövhələrlə, tökmə rezin və ya taxtalarla örtməsinlər.

Xırdalan şəhər 17 saylı Uşaq bağçasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi

"Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayın ki, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir.

Mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilməlidir.

Unutmayın ki, qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir. Misal üçün, mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi quraşdırılmayıbsa, böyük ölçüdə qaz pilətəsi qoymaq olmaz.

Eyni qayda hamam otağına da aiddir. Kiçik hamam otağına böyük ölçülü suqızdırıcının qoyulması təhlükəlidir. Cihazın borusunun çıxış yeri olmalıdır. Zəruri ventilyasiya sistemi yoxdursa, mütləq hamam otağının qapısının aşağı hissəsində hava oynaması üçün dəliklər açılmalı və ya qapalı mühitdə qaz yandırılarkən nəfəslikər açıq olmalıdır.

Otaqlarda quraşdırılmış qızdırıcı sobanın fəaliyyətinə vaxtaşırı fasilə verilməlidir. Bu zaman otaqda havanın dəyişdirilməsi üçün pəncərələr açılmalıdır. Unutmayın ki, mənzil mütəmadi havalandırıldıqda dəm qazından zəhərlənmə riski azalır.

Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-ol-mamasına diqqət yetirin.

Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etəmiyin.

Tüstü borusu olmayan sosobaları aımayın. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır.

Dəm qazı ilə zəhərlənən insanlar əksər hallarda özü-özünə kömk edə bilmir. Lakin təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk yardımı göstərə bilərlər.

Zərərçəkəni dərhal təmiz havaya çıxartmaq, onu kürəyi üstə uzatmaq və yaxalığını aşmaq lazımdır. Oksigen yastıqlarında istifadə edilir.

Alın və sinəyə soyuq kompress qoyun. Əgər zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay verin.

Dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkmiş bu simptomları vax-tında hiss edib məkanı tərk etdikdə, o zaman sadəcə təmiz hava ilə tənəffüs etmək yetərlidir.

Zərərçəkmiş huşunu itiribsə, ona naşatır spirti ilə isladılmış pambıq parçasını iylətmək lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkəylə də əvəz etmək olar.
Dəm qaqazından zəhərlənmiş insan özünü yaxşı hiss etsə belə, ən azı 24 saat həkim nəzarəti altında qalmalıdır. Unutmayın, hər hansı bir fövqəladə hadisə baş verdik-də "112" qaynar xəttinə müraciət edin!”
Bu məlumatları isə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin ictimayyətlə əlaqələr ictimaiyyətlə əlaqə və təbliğat sektorunun baş məsləhətçisi Kamilla Qədimova verdi.

Tədbirin nəzəri hissəsində mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qaz cihazlarının təhlükəsizliyini necə təmin etməli”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112" zəng mərkəzi təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişdir. Balacalar onları maaqlandıran sullarla qonaqlara müraciət etdilər. Daha sonra fidanlar şerlər söyləyib mahnılar oxudular. Həmçinin, tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, föqaladi hallar barədə videöçarx nümayiş olundu.
Xırdalan şəhər 17 saylı Uşaq bağçasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi

Sonda bağçanın müəllim və tərbiyəçilərə Yanğın söndürən cihazlar onların təyinatı və istifadə qaydaları haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.
XƏBƏR LENTİ
Dünən, 19:45 | Balaca vətənpərvərlər Ordumuzun 100 illiyini qeyd ediblərDünən, 17:41 | Xırdalanın Nizami küçəsində asfaltlanma işləri aparılır-FOTOLARDünən, 15:30 | Azərbaycanda ən qədim masaüstü oyunlardan biri aşkar olunubDünən, 15:27 | DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilibDünən, 15:21 | Abşeronun 2 komandası respublika çempionu olduDünən, 15:06 | Novxanı-Mehdiabad avtomobil yolunun kənarında 400 ağac əkilibDünən, 14:41 | Abşeron küçəsi əsaslı şəkildə yenidən qurulur (FOTO)Dünən, 14:14 | DSX-nin rəisi Elçin Quliyev iranlı həmkarı ilə görüşübDünən, 14:12 | Nazir: Azərbaycan və Türkiyə birgə kənd təsərrüfatı müəssisələri yarada bilərDünən, 14:11 | Qafqaz Müsəlmanları İdarəsində ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilibDünən, 14:07 | Dmitri Kiselyov: Rusiya-Azərbaycan münasibətləri Qafqazda və daha geniş regionda sülh amilidirDünən, 12:01 | Azərbaycanın hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların sayı artıbDünən, 11:07 | Prezident İranın Sərhəd Qoşunları komandanını qəbul edibDünən, 10:07 | Deputatlarımız Hindistan, Türkiyə və Gürcüstana gedirDünən, 09:54 | Snapdragon 855-in bütün texniki göstəriciləri təqdim edildiDünən, 09:53 | Apple Platoon-u aldıDünən, 09:49 | Windows 10 üçün Qualcomm prosessoru təqdim olunubDünən, 09:48 | Google 7 dollarlıq telefon təqdim edibDünən, 09:46 | “Yandeks.Musiqi” servisi 2018-ci ilin ən yaxşıları arasına azərbaycanlını da daxil edibDünən, 09:06 | Bağçada Abşeron rayonun yaranmasının 55 illiynə həsr olunmuş tədbir10-12-2018, 17:28 | İradə Gülməmmədova yubilyarları təbrik edib10-12-2018, 16:34 | İradə Gülməmmədova növbəti dəfə vətəndaşları fərdi qaydada qəbul edib