Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Xırdalanda vətəndaşlarla görüşəcək.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə yanvarın 26-da saat 11:30-da Xırdalan şəhərində Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlar “
[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. Bunun üçün Abşeron rayonunda (012) 3423300, Sumqayıt şəhərində (018) 6423500, Qubadlı rayonu üzrə (018) 6483393, Şuşa rayonu üzrə (012) 4584686, Zəngilan rayonu üzrə (012) 4326166 nömrəli telefonlara zəng etmək olar.