Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Elektrikli balıqlar

Tarix:11-03-2018, 00:58

Elektrikli balıqlar


Canlı varlıqların elektrik enerjisi buraxdıqları çox-çox əvvəllərdən məlumdur. Gərginliyi təmin edən ən güclü orqanlar əzələ və sinirlərdir. Bütün əzələ lifləri elektrik yükü daşıyır. Heyvanlar arasında elektrikə və işıqlı orqanlara malik olanları var və bu, onlara özünü müdafiə etməkdə, istiqamət tapmaqda və bəzi cinslərarası yaxınlaşmalarda yardım edir.

Dənizdə və şirin suda yaşayan yüzlərlə növ elektrikli balıqlar var. Onların əzələ və sinir toxumalarından yaranmış xüsusi orqanlarda elektrik cərəyanı istehsal olunur.
Həmin elektrik cərəyanı əksər hallarda bir iynə batması qədər zəifdir. Bəzi balıq növləri isə sarsıdıcı gücə malik elektrik cərəyanı istehsal edir. Həmin proses həqiqi mənada bir elektrik boşalmasıdır, yaratdığı təsir isə gerçək bir elektrik vurmasıdır.

Torpil balığı və elektrikli ilan balığı həmin balıqların ən tanınmış növləridir. Həqiqi ilan balıqları ilə heç bir əlaqəsi olmayan və şirin su hövzələrində yaşayan elektrikli ilan balığının 2.5 metrə qədər uzunluğunun beşdən dördü, xüsusilə quyruq hissəsi elektrik orqanları ilə örtülüdür. İlan balığı bir dəfədə 500-600 volt cərəyan boşaldaraq böyük heyvanları iflic edə bilir.

Elektrikli balıqlarda, başdan quyruğa qədər uzanan elektrik orqanları batareya hissələri kimi bir-birinə yapışaraq disk şəklində bölünmüş kiçik sütuncuqlardan meydana gəlir. Sinir sisteminin təsiri ilə həmin sütuncuqları təşkil edən yüzlərlə diskin alt səthləri müsbət elektrik yükü, o biri səthləri isə mənfi elektrik yükü ilə yüklənmiş olur.
Beləliklə, disk yığımı tam bir “batareya” halına gəlir. Həmin canlı “batareya” beyindən gələn sinir impulslarından asılıdır. Balıq onu təhdid edənə elektrik ötürərək iflic vəziyyətinə salır.

Balıqların bədənində gedən elektrik boşalması davamlı deyil. Yığılan elektriki boşaldandan sonra yenidən elektrik toplanması üçün aradan bir müddət keçməlidir.
Elektrikli balıqların vurmaları zamanı şiddətli ağrı, hətta süstləşmə ola bilər, bəzi hallarda isə öldürücü təsir göstərir.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib