Martın 14-də Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin təşkilatçılığı xeyriyyə aksiyası keçirilib Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın həmişə əlil və xəstə uşaqlara dəstək olduğunu vurğulayan məktəbin direktoru Şahin Yusubov hər bir Azərbaycan vətəndaşının bu prosesə töhfə verməli olduğunu bildirib.
Şirniyyatlar, şallar, papaqlar, corablar və digər əl işlərinin satışa çıxarıldığı aksiyadan əldə olunan vəsait, Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisənə bağışlanıb