Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Dünyada orta ömür neçə ildir?

Tarix:21-12-2013, 19:25

Dünya ölkələri arasında ən uzun ömür sürən qadınlar Honqkonqda yaşayırlar. Bu ölkədə qadınların orta ömrü 87 ildir. Ən qısa orta ömür isə Afrika ölkəsi olan Sierra Leonedə qeydə alınmışdır: cəmi 45 il.

Qadınlar arasında orta ömür uzunluğuna görə sonrakı yerləri 86 illə Yaponiya və San Marino tutur. Fransa, İtaliya, İspaniya və İsveçrədə qadınlar orta hesabla 85 il, Avstraliya, Avstriya, İslandiya, İsrail, Cənubi Koreya, Lüksemburq, Malta, Norveç, Portuqaliya, Sinqapur və İsveçdə 84 il, Belçika, Kanada, Almaniya, Yunanıstan, İrlandiya, Hollandiya, yeni Zelandiya və Sloveniyada 83 il yaşayırlar.

Kişilərin orta ömrü qadınlara nisbətən 5-6 il qısadır.

İsveçrə və İslandiyada kişilər orta hesabla 81 il ömür sürürlər ki, bu da dünyada ən yüksək göstərici sayılır. Sonrakı yerləri 80 il orta ömürlə Avstraliya, Honqkonq, İsrail, İtaliya, Malta, San Marino, Sinqapur və İsveç tutur.

Türkiyədə orta ömür qadınlar arasında 78, kişilər arasında 71 ildir.

Ən çox yaşlı insanların olduğu ölkə Yaponiyadadır. Bu ölkədə hər dörd nəfərdən biri 65 və daha yuxarı yaşdadır. 127,3 milyon əhalisi olan Yaponiyada 30,5 milyona yaxın yaşlı insan yaşayır. Almaniya və İtaliyada yaşı 65 və daha yuxarı olan insanlar əhalinin hər yüz nəfərindən 21-ni təşkil edir. Bolqarıstan, Portuqaliya, İsveç və Yunanıstanda bu göstərici yüzdə 19, Finlandiya, Avstriya, Belçika, Estoniya və İspaniyada isə yüzdə 18-dir.

Çində hər yüz nəfərdən 9-nun, yəni 122,3 milyon nəfərin yaşı 65 və daha yuxarıdır. Dünyada əhalisinin sayına görə (1,2 milyard) ikinci yerdə olan Hindistanda hər yüz nəfərdən cəmi 5-i 65 il və bundan yuxarı ömür sürür.

Orta ömrün ən qısa olduğu ölkələr Qərbi Afrikadadır. Qara qitədəki Sierra Leone respublikasında insanlar orta hesabla 45 il yaşayırlar. Bu, dünya üzrə ən qısa orta ömürdür. Afrika qitəsinin kasıb ölkələrində orta ömür 45-59 yaş arasında dəyişir.
Elməddin Əmirov

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib