Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Baharın ilk çiçəkləri

Tarix:23-03-2018, 22:15

Baharın ilk çiçəkləri


Yaraşığı ilə göz oxşayan valehedici qoxuya malik nərgiz çiçəkləri baharın ilk güllərindən hesab olunur. Erkən yazda qar altından baş qaldıraraq təbiətə salam verir.

Nərgiz gülünün adı yunan mifologiyasında nakam məhəbbətə qurban gedən yunan gənci Narkissin şərəfinə verilib.

Mifologiyaya görə, nərgiz çiçəkləri məhz Narkissin vəfat etdiyi yerdə bitib. Hazırda Türkiyədə İzmirin Nordoğan məhəlləsində yerləşən həmin məkan nərgiz gülünün ana yurdu sayılır.

Nərgizin soğanağı zəhərli bəzək bitkisidir. İncə, uzun, sivri uclu və yastı yarpaqları var. Təqribən 50 santimetr boyunda olan həmin yarpaqlar bəzi yerlərdə 1 metrə qədər uzanır.

Çiçəkləri arılar vasitəsilə tozlanan nərgizin ana vətəni Avropadır, İspaniya və Portuqaliyada onun müxtəlif növlərinə rast gəlinir. Aralıq dənizi sahilləri boyu təbii şəraitdə bitir. Avropa, Şimali Amerika, Şimali Afrika ölkələrində, Türkiyənin Egey bölgəsində yetişdirilir. Onun elmə 40-a qədər növü məlumdur.

Ağ, sarı, narıncıya çalan çəhrayı çiçəkləri olan nərgiz gülünün tək rəng, ya da qarışıq rəngli çiçəkləri ilə qarşılaşmaq olar. Çiçəyinin faydalı cəhətlərinə görə hələ qədimdən xalq təbabətində istifadə edilib. Bitki sakitləşdirici, qızdırmasalıcı və bağırsaqişlədici keyfiyyətlərə malikdir. Nərgizgülündən hazırlanan islatmalar ayaq altlarındakı çatların sağalmasında və varikoz zamanı faydalı təsir göstərir.

Bitkidən hazırlanan yağdan üzdəki çillərin aparılmasında, dəridəki müxtəlif iltihabi proseslərin müalicəsi, oynaq xəstəliklərinə, radikulit və dazlaşmaya qarşı mübarizədə istifadə olunur, həmçinin nərgizgülü əsəb sistemini sakitləşdirir, həyəcan və qorxu hissini azaldır, əhvali-ruhiyyəni qaldırır və ovqatı yaxşılaşdırır.

Vaxtilə məşhur loğman İbn Sina bitkinin kökləri üzərinə bal və buğda ununun əlavə edilməsi yaradan ox və tikanları çıxartmaq üçün yaxşı vasitəsi olduğunu yazırdı.
Ona görə də qədim zamanlarda yaralanmalar zamanı ondan müalicə vasitəsi kimi istifadə edilib.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır