“Playboy” şirkəti “Facebook” ətrafında yaranmış qalmaqalla əlaqədar sosial şəbəkədəki səhifələrini silib.
“The Verge” saytına istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin rəsmi açıqlamasında bildirilir.
“İstifadəçilərin məlumatları ilə məsuliyyətsiz davranılması bizi hazırda bu platformadan istifadəni dayandırmağa sövq etdi. Biz səhifələrimizi izləyənləri “Facebook”un praktikasından qaynaqlanan təhlükələrlə üz-üzə qoymaq istəmirik”, - deyə açıqlamada qeyd olunur.
Məşhur “Playboy” jurnalının “Facebook”dakı səhifələrinin 25 milyona yaxın izləyicisi var.
Xatırladaq ki, 50 milyon istifadəçinin şəxsi məlumatlarının “Cambridge Anaylitica” konsaltinq firmasının əlinə keçməsi ilə bağlı qalmaqala görə bir çox istifadəçi “Facebook”dan uzaqlaşıb. Onların arasında yenilikçi iş adamı Elon Mask da var. E. Mask “SpaceX” və “Tesla” şirkətlərinin səhifələrini sosial şəbəkədən silib